“Aİ Azərbaycanla yeni saziş üzrə danışıqların başlanmasını səbrsizliklə gözləyir”
"Aİ Azərbaycanla yeni saziş üzrə danışıqların başlanmasını səbrsizliklə gözləyir". SİA-nın məlumatına görə, bu barədə Avropa İİttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin aından Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə yayılmış təbrikdə deyilir. Qeyd edilib ki, bu il həm də Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın 25 ili tamam olur. Həmçinin, Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) imzalanmasından 20 il ötür: "Aİ Avropa Qonşuluq Siyasətinin prinsiplərinə uyğun olaraq, 1996-cı ildə imzalanmış TƏS-in əvəzlənməsi və qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün Azərbaycanla yeni saziş üzrə danışıqlara başlamağı səbrsizliklə gözləyir.
"Şərq Tərəfdaşlığı"proqramı ilə bərabər bu, dialoqu daha da aktivləşdirməyə, daha möhkəm iqtisadiyyatın qurulması səylərinin dəstəkləməsi, həmçinin Azərbaycan xalqı ilə əlaqələrin genişlənməsinə xidmət edəcək".
Təbrikdə o da vurğulanıb ki, Azərbaycan ötən illər ərzində inkişaf edib, Avropa İttifaqı güclü demokratik təsisatların inkişafı, qanunun aliliyi və iqtisadi rifah naminə Azərbaycanla sıx əməkdaşlığa davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB