15 iyul hərbi çevriliş cəhdinə qədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi müşaviri olmuş FETÖ üzvü Əli Yazıçının kirli keçmişi ortaya çıxıb. SİA xəbər verir ki, bu barədə "Sabah" nəşri yazır. Türk nəşrinin qeyd etdiyinə görə, FETÖ üzvlərinin qurduqları tələ nəticəsində həbs olunan və 4 il Balyoz həbsxanasında məhbus həyatı keçirən təqaüdçü jandarma polkovniki Mustafa Önsəl 15 iyul tarixində Türkiyə Böyük Millət Məclisində terror təşkilatının cinayətlərini araşdıran komissiyaya maraqlı məlumatlar verib.
FETÖ-nün Türkiyə Silahlı Qüvvələrinə 1985-ci ildən sızmağa başladığını deyən Önsel bildirib ki, 1994-cü ildə polkovniklərin gələcəkdə general rütbəsi almaları üçün türk dilində imtahan vermələri zərurəti yaranmışdı. Məhz həmin ərəfədə Ərdoğanın sabiq hərbi müşaviri Yazıçı sıravi olub və həmin imtahana qatılaraq, imtahandan müvəffəqiyyətlə çıxıb. Bundan sonra Əli Yazıçının cümhurbaşqanlığı hərbi müşavirliyinə sızdığı qeyd olunur.
Xatırladaq ki, FETÖ-nün hərbi çevriliş cəhdindən sonra minlərlə yüksək rütbəli zabitlərin terror təşkilatına üzv olmaları müəyyənləşdirilib. Onların böyük hissəsi həbs edilib. Bəziləri isə xarici ölkələrə qaçaraq gizlənməkdədirlər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB