Klintonun Trampa qarşı planı AŞKARLANDI+FOTO

“Cazibəli qadınları seçki kampaniyasında istifadə edir”
Klintonun Trampa qarşı planı AŞKARLANDI+FOTO

"WikiLeaks" ABŞ prezidentliyinə demokratlardan olan namizəd Hillari Klintonun seçki qərargahının elektron ünvanındakı bir məlumatı ictimailəşdirib. SİA "interfax.ru"ya istinadən xəbər verir ki, Klintonun seçki qərargahının əməkdaşları respublikaçılardan olan digər namizəd Donald Trampın qadınlar üçün qeyri-ənənəvi vakansiyalı iş yerləri ayırması ətrafında şayiələr yayamağa cəhd edib.

Məlumatlara görə, iddia olunur ki, milyarder Tramp fiziki cəhətdən cazibədar görünən xanımları öz seçki kampaniyasına cəlb etməyə çalışıb. O, bu vasitəylə seçiciləri ələ almağı planlaşdırıb.

Həmçinin qeyd olunur ki, işə cəlb edilən qadınlar artıq çəkili və övlad sahibi olmamalı, lazım gələrsə, hətta Trampa öz yaşları barədə yalan informasiya verməyi bacarmalıdırlar.

Bundan əlavə, Tramp qərargaha gələrkən, guya həmin qadınlara toxuna və o cümlədən, öpə də bilər.

Məlumat 2016-cı ilin may ayına təsadüf edir.

Qeyd edək ki, son günlər Amerika KİV-ləri Trampın qadınlarla münasibətdə özünü qəribə tərzdə aparması barədə yazırlar. Müxtəlif nəşrlərdə respublikaçılardan olan namizədin guya müxtəlif vaxtlarda heysiyyatına toxunduğu qadınların müsahibələri, açıqlamaları yer alır.

Trampın özü isə sözügedən məsələ deyib ki, KİV-lərdə gedən bənzər məlumatların hər biri boş sözlərdir və bu, rəqiblərinin siyasi mübarizə üçün hazırlanmış planlarının tərkib hissəsidir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə