“Azərbaycanda dövlət-din münasibətləri-25 il” FOTOLAR - SƏS TV

“Azərbaycanda dövlət-din münasibətləri-25 il” FOTOLAR - SƏS TV

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda "Azərbaycanda dövlət-din münasibətləri-25 il" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Azərbaycandakı dini konfessiyaların nümayəndələri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin və Bakı İslam Universitetinin tələbə-müəllim heyəti iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd müstəqilliyimizin bərpasından ötən 25 il ərzində respublikamızda dövlət-din münasibətlərinin inkişaf dinamikası, dövlətin dinə qayğısı, xalqımızın multikulturalizm və tolerantlıq ənənələrinin daha da gücləndirilməsi sahəsində görülən işlər və bu sahədə qarşıda duran məsələlərin müzakirəsidir: "MDB məkanında "Dini etiqad azadlığı haqqında" qanun ilk dəfə Azərbaycanda qəbul olunub. Bu gün Azərbaycanda vicdan azadlığı təmin edilib. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində dini konfessiyalar arasında multikultural mühit qorunub saxlanılıb, artıq bu dəyərlər xaricə ixrac olunur".

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Rəşad Əliyarlı isə deyib ki, QMİ 25 il ərzində çox böyük inkişaf yolu keçib. O qeyd edib ki, ölkədəki şiə-sünni və dini konfessiyalar arasındakı münasibətlərin pozulmasına yol vermək olmaz.

Sonra tədbirdə dini konfessiyaların nümayəndələri çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə