Nurəddin Məmmədli: “Nemət Pənahlı bunu qonşusu Əli Kərimlidən soruşsun” AÇIQLAMA!

Nurəddin Məmmədli: “Nemət Pənahlı bunu qonşusu Əli Kərimlidən soruşsun” AÇIQLAMA!

"Nemət Pənahlı ara-sıra mətbuata çıxıb gündəmə gəlmək istəyir. Əgər onu həqiqətən də AXCP hakimiyyəti dövründə bıçaqlayıblarsa, zəhərləyiblərsə, getsin bunu Əli Kərimlidən soruşsun". Bu fikirləri SİA-ya açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirib.

Nemət Pənahlının "AXC iqtidarı dövründə məni öldürmək üçün zəhərləmişdilər" iddiasına cavab verən N.Məmmədli onu da qeyd edib ki, o, bu gün bu məsələni gündəmə gətirməklə hansı məqsəd güdür, bunu özü bilir: "Mən bildiyim qədər Nemətlə AXCP sədri qonşudur, eyni binada alt-üst qalırlar. Buyursun, ondan soruşsun".

Bütün xəbərlər Facebook səhifəmizdə