Rusiya qırıcıları Finlandiyanın hava sərhədlərini pozdu İDDİA

Rusiya qırıcıları Finlandiyanın hava sərhədlərini pozdu İDDİA

Rusiyaya məxsus SU-27 hərbi qırıcı təyyarələri ötən gün Finlandiyanın hava sərhədlərini iki dəfə pozub və bu ölkənin hava məkanına daxil olub. SİA xəbər verir ki, Finlandiyanın müdafiə naziri yaxın dəqiqələrdə sözügedən bəyanatla çıxış edib.

Məlumata görə, Rusiya qırıcısı birinci dəfə Finlandiyanın hava məkanına saat 16:43-də Provoonun cənub istiqamətindən daxil olub və 1 km dərinliyə doğru irəliləyərək bir dəqiqə ərzində 13 km məsafə qət edib. İkinci dəfə isə Su-27 təyyarəsi axşam saat 21:33 radələrində eyni vəziyyəti təkrarlayıb.

Rusiya tərəfi isə bu ittihama cavab olaraq bəyan edib ki, həmin vaxt təyyarələr təlim-planu uçuşları həyata keçirib və Fin dənizi üzərindəki neytral sular ərazisində olub. "Uçuşlar ciddi şəkildə müəyyənləşdirilmilş marşrutlar üzrə həyata keçirilib" -deyə, Rusiyanın hərbi kosmik qüvvələrinin Müdafiə Nazirliyindəki rəsmisi bəyan edib.

İddia olunur ki, SU-27-lərin uçuşları zamanı qırıcılara Finlandiya tərəfdən güclü lazer şüası vurulub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə