Dövlət başçısı: "Avropada radikal qüvvələr daha çox dəstək alır"

Dövlət başçısı: "Avropada radikal qüvvələr daha çox dəstək alır"

Dünyada təhlükəli proseslər baş verir. Bəzi ölkələr tamamilə dağıdılıb, on milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb". SİA-nın məlumatına görə, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

O bildirib ki, miqrantların üz tutduğu Avropada onlara qarşı alçaldıcı hərəkətlərə yol verilir: "Avropada seçkilərə nəzər salsaq, görərik ki, radikal qüvvələr daha çox dəstək alır. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli tendensiyadır. Biz sivilizasiyalararası dialoqdan danışır, ancaq sivilizasiyaların toqquşmasının ilk tendensiyalarını görürük. Bizi narahat edən məsələlər barədə açıq danışmalıyıq".

Prezident İlham Əliyev islamofobiyanın təhlükəli olduğunu söyləyib: "Bəzi siyasətçilər, media orqanları islamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən islam ölkələridir. Bəzi Avropa ölkələri deyirlər ki, miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu nədir? Avropada faşizm baş qaldırır? Radikal qüvvələrin daha çox dəstək qazanması narahatlıq doğurur. Biz bu məsələləri açıq şəkildə müzakirə etməliyik". "İşğal amilinə baxmayaraq, Azərbaycan müstəqil dövlət kimi güclənir. Azərbaycan 25 il ərzində böyük inkişaf yolu keçib: "Bir neçə il əvvəl 155 dövlət bizə etimad göstərərək BMT-nin qeyri-daimi üzvü seçmişdi. Son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib. Məcburi köçkünlər üçün 90-dan çox qəsəbə salınıb, 250 mindən çox məcburi köçkünə yeni evlər verilib. Azərbaycanın böyük valyuta ehtiyatları var, işsizliyin, yoxsulluğun azaldılması üçün ciddi addımlar atılıb. Azərbaycanda yoxsulluq və işsizlik 5 faiz həcmindədir. Biz fəxr edirik ki, 25 ildir müstəqil yaşayırıq. Taleyimiz öz əlimizdədir, heç kimdən asılı deyilik. Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq"- deyə ölkə başçısı əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə