"Onun seçkilərdə iştirakı ölkə maraqlarına cavab vermir" Ölkə lideri
"Mən ona dedim ki, prezident seçkilərinə qatılması nə mənim, nə də ölkənin marağında deyil". SİA xəbər verir ki, bunu İranın ali dini rəhbəri Ayətulla Əli Xaməneyi ölkənin sabiq prezidenti Mahmud Əhmədinejada 2017-ci ildə prezident seçkilərində iştirak etməməsi barədə məsləhət verməsi barədə verdiyi açıqlamasında etiraf edib. "Lakin buna baxmayaraq, seçkilərdə iştirakını qadağan da etməmişəm"-deyə Xaməneyi bildirib. O, əlavə edib ki, əgər Əhmədinejad bütün bunlara rəğmən seçkilərə qatılarsa, İranın siyasi həyatında fikir ayrılıqları yarana bilər və bu, ölkəyə səmərə verməz.
Bundan öncə isə Fars agentliyinin icraçı direktoru Mehdi Fazaeli bildirmişdi ki, Xaməneyi prezident seçkilərində rəqabət aparması üçün Əhmədinejadı dəstəkləmir və qəti şəkildə buna qarşıdır. Fazaelinin sözlərinə görə, İranın ali dini rəhbəri Əhmədinejadın "baha başa gələn və zərərli" hakimiyyətinin təkraralanmasının qarşısını almağa çalışır.
Daha öncə İranın bir neçə KİV-i belə bir ehtimalla çıxış edərək yazımışdılar ki, ölkəsini iki dəfə ard-arda idarə etmiş (2005-dən, 2013-cü ilə qədər) Əhmədinejad yenidən seçkilərə qatılmağa hazırlaşır.
Qeyd edək ki, İranda prezident seçkiləri 2017-ci ilin 29 may tarixində keçiriləcək. Mövcud prezident Həsən Rouhaninin ikinci dəfə prezidentlik postu uğrunda mübarizə aparacağı da ölkə mediası tərəfindən vurğulanır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB