Seçicilərlə görüş keçirilib (YENİLƏNİB) FOTOLAR

Seçicilərlə görüş keçirilib (YENİLƏNİB) FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Göyçay Rayon stadionunda seçicilərlə izdihamlı görüş keçirib. SİA-nın xəbərinə görə, Göyçay seçiciləri ilə görüşdə Milli Məclisin deputatları Elman Nəsirov, Sabir Hacıyev, Cavid Osmanov iştirak ediblər. İlk çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Göyçay təşkilatının sədri Sahib Şükürov çıxış edərək siyasi həmfikirlilərini və sadə vətəndaşları 26 sentyabrda keçiriləcək Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deməyə çağırıb.

Milli Məclisin deputatı Elman Nəsirov çıxış edərək göyçaylıları hər zaman olduğu kimi builki seçkilərdə də dövlətçiliymizin yanında olaraq səs vermədə iştirak etməyə çağırıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklər edilməsi müasir dövrümüzün inkişaf perspektivlərini müəyyənləşdirir.

Milli Məclisin deputatı Sabir Hacıyev qeyd edib ki, Konstitusiyasının qəbul olunmasından bu günə qədər Azərbaycan böyük inkişaf yolu keçib."Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin də bu inkişafın tərkib hissəsidir. Əlavə və dəyişikliklər daha səmərəli dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını nəzərdə tutur.

Milli Məclisin deputatı Cavid Osmanov çıxış edərək bildib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə təsir imkanları baxımından zəruridir və ölkəmizin sürətli tərəqqisinə, insanların daha firavan həyatına dəyərli töhfələrini verəcək.

Görüşdə çıxış edən Göyçay rayon Mərkəzi Xəstəxanasının Həkimi Ləman Hacıyeva 26 sentyabrda keçiriləcək referendumda hamılıqla fəal iştirak edəcəklərini bildirib. Həmçinin qeyd edib ki, Göyçay seçiciləri dövlət başçısının bütün təşəbbüslərini dəstəkləyirlər.

Tədbirdə çıxış edən Rasim Hüseynov, Abışova Nərmin, Əliyev Mütalib bütün seçiciləri sentyabrın 26-da keçirilən referendumda aktiv iştirak etməyə çağırıblar.

Şəki şəhəri

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Şəki şəhərində seçicilərlə görüş keçirilib. Görüş təyinatı üzrə Tütün ASC – yə məxsus inzibati binanın akt zalında baş tutub. 270 seçicinin iştirak etdiyi tədbiri Yeni Azərbaycan Partiyasının (YAP) Şəki rayon təşkilatının aparat rəhbəri Rafael Musayev açıb. Seçicilələrə Konstitusiyaya təklif olunan müvafiq əlavə və dəyişikliklər haqqında məlumat verən R. Musayev bildirib ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Şəki şəhər şöbəsi bu prosesdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. H. Həsənov əmin olduğunu bildirib ki, seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi müsbət qarşılanır: "Yeni çağırışlar və reallıqlar Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edir və hesab edirəm ki, 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi bu baxımdan müstəsna əhəmiyyət daşıyır".

Daha sonra çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin - referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır: "Ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların əsasında ölkə vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Konstitusiya dəyişiklikləri də inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər".

Görüşdə çıxış edən digər natiqlər konstitusiya islahatlarının əhəmiyyətindən söz açıblar.

Sonda seçicilərin Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı seçiciləri maraqlandıran sualları cavablandırılıb.

Kürdəmir rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Kürdəmir rayonunda təbliğat-təşviqat kampaniyası ilə əlaqədar seçicilərlə növbəti görüşünü keçirib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasətə nəzər salıb, müasir dövrün çağırışlarına cavab olaraq, Azərbaycanın müstəqillik atributlarından olan Konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğulayıb.

Ağali Kərimli bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun sədaqətli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlar qazanılır, demokratik dövlət quruculuğu prosesində geniş islahatlar aparılır, ölkəmizin dünya miqyasında günü-gündən nüfuzu artır, regionlar sürətlə inkişaf edir, iqtisadiyyat genişlənir, sosial layihələr həyata keçirilir. Məhz bu baxımdan Konstitusiyada müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyulurdu: "Bu dəyişikliklər Azərbaycanın bir dövlət kimi iqtisadi cəhətdən daha da qüdrətlənməsinə, idarəçilik baxımından daha çevik qərarların qəbul olunmasına təkan verəcək mühüm bir sənəddir. Ağali Kərimli Kürdəmir rayon seçicilərinin hər zaman fəal olduğunu və 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumda da məntəqələrə gələrək Azərbaycanın inkişafı naminə Konstitusiyada ediləcək dəyişikliklərə həmrəylikə "Hə" deməyə səsləyib".

Görüşdə "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, Konstitusiya islahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "İlk milli konstitusiyanın qəbul olunduğu 1995-ci ildən 2016-cı ilə qədər keçən dövrdə Azərbaycan bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə inkişaf edib".

Əhliman Əmiraslanov ordu quruculuğu, sahibkarlıq, torpaq islahatları ilə əlaqədar təklif olunan dəyişiklikləri xüsusi diqqətə çatdıraraq qeyd edib ki, inkişaf hər zaman yeni şərtlər diktə edir:" Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliklərin hamısı, birmənalı olaraq vətəndaşlarımızın mənafelərinin qorunmasına xidmət edir. İnkişafın ortaya çıxardığı çağırışlar və tələblərə adekvat cavab vermək, ölkənin daha optimal və effektli idarəetməsinin təmin olunması, hüquqi sistemin keyfiyyətlərinin yeni mərhələyə daşınmasını təmin etmək üçün bu dəyişikliklərə ehtiyac yaranır. Bu ehtiyacdan yaranan məsələlərin həll olunması üçün xalqımızı Referendumda aktiv olmağa, Azərbaycanın sürətli inkişafının yeni mərhələsinə istiqamətlənən tarixdə-26 sentyabr 2016-cı ildə Konstitusiyada təklif olunan əlavə və dəyişiliklərə səs verməyə çağırıram".

Kürdəmir rayon seçicilərindən rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov, rayon qadınları adından Elmira Şıxəliyeva, rayon sakini Vaqif Alıyev və rayonun fəal gənci Məhəmməd Heydərli çıxışlarında bu dəyişikliklərə müsbət münasibətlərini ifadə ediblər, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyiblər. Bildiriblər ki, ölkə Prezident İlham Əliyevin bütün təşəbbüslərinin xalq tərəfindən hər zaman dəstəkləndiyi kimi, bu dəfə də xalqımız ölkə başçısının ətrafında sıx birləşəcək və bu siyasi kampaniyada birlik, həmrəylik nümayiş etdirərək 26 sentyabr tarixində seçki məntəqələrinə gələrək islahatların və inkişafın davamlı olması üçün Referendum Aktına səs verəcəklər.

Şamaxı rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Şamaxıda seçicilərlə görüş keçirib. Tədbirdə Yeni Azəraycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, millət vəkili Vüsal Hüseynov, BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev və digərləri iştirak edib.

Görüşü giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov qonaqları salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - Referendum sentyabrın 26-da keçiriləcək: "Konstitusiya elə bağlı təklif edilən dəyişikliklər çağdaş dövrümüzün tələblərinə uyğundur. Bu dəyişikliklər konstitusiyamızın möhkəmlənməsinə, idarəçilik sisteminin təkmilləşməsinə xidmət edir. Bütün Şamaxı sakinlərini Referendum günü məntəqələrə gəlib öz gələcəyi naminə səs verməyə dəvət edirəm".

Sonra söz Milli Məclisin deputatı Vüsal Hüseynova verilib. O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Onun sözlərinə görə, bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq. Millət vəkili çıxışının sonunda hər kəsi səsverməyə dəvət edib.

BDU-nun hüquq fakültəsinin dekanı Əmir Əliyev yığıncaq iştirakçılarına ümumxalq səsverməsi-Referenduma çıxarılan müddəalar haqqında məlumat verərək qeyd edib ki, sənəddə yer alan məsələlərin hər biri xalqımızın gələcəkdə daha da yaxşı yaşamasına xidmət edəcək: "Sözügedən sənəd gələcəyimizin təminatçısıdır".

Ağsu rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə bağlı təbliğat kampaniyası çərçivəsində Ağsu rayonunda seçicilərlə görüş keçirib. Çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun Ağsu rayon şöbəsinin sədri Əli Hüseynov rayonda 26 sentyabr referendumu ilə bağlı fəal təbliğat işlərinin aparıldığını bildirib.

"Yeni Azərbaycan" təşviqat qrupunun "Həmrəy olaq, HƏ deyək" şüarı altında təşviqat apardığını qeyd edən natiq təklif olunan əlavə və dəyişikliklərin böyük qisminin hüquq və azadlıqların miqyasını genişləndirməyə xidmət göstərəcəyini diqqətə çatdırıb. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı layihəsi haqqında məlumat verən Əli Hüseynov 29 maddəyə əlavə və dəyişikliklərin nəzərdə tutulduğunu diqqətə çatdırıb: "Bu gün nəzərdə tutulan əlavə və dəyişikliklər ümumi inkişaf proqramlarının daha çevik, effektli şəkildə həyata keçməsinə imkan verəcək".

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunun aparat rəhbəri İsaxan Vəliyev bildirib ki, Konstitusiya islahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "Referendum Aktının layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu əlavə və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".

Isaxan Vəliyev əlavə edib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: "Bütövlükdə isə, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək. Ümumxalq səsverməsi-referenduma çıxarılan məsələlər sosial məzmunu ilə də diqqəti çəkir. Belə ki, referendum Aktı layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər sırasında insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, bank-maliyyə sisteminin idarə olunması və digərləri də yer alır.

Natiq Referendum Aktı layihəsində yer alan vacib məsələlərdən birinin mülkiyyətlə bağlı olduğunu deyib.

Onun sözlərinə görə, təklif edilən əlavə və dəyişikliklərdə xüsusi mülkiyyətçilərin sosial öhdəlikləri ilə bağlı müddəa da yer alır: "Eləcə də təklif edilən əlavə və dəyişikliklərdə torpaqlardan səmərəli istifadə məsələsi nəzərdə tutulur. Torpaqlardan səmərəli istifadə məsələsi hər zaman öz aktuallığını qoruyur. Torpaq ehtiyatlarından səmərəli istifadə isə bizə ərzaq təhlükəsizliyimizin təminatında yaxından kömək edəcək. Bu mənada irəli sürülən müddəalar birmənalı şəkildə dövlətimizin inkişafına xidmət göstərir".

Tədbirdə çıxış edən ağsulu seçicilər irəli sürülən əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə