ABŞ şəhərlərində silahlı insidentlər səngimir “The New York Times” yazır

ABŞ şəhərlərində silahlı insidentlər səngimir “The New York Times” yazır

Amerikanın Berlinqton (Vaşinqton ştatı) şəhərinin mərkəzində silahlı atışma baş verib. Nəticədə dörd nəfər ölüb. SİA xəbər verir ki, bu barədə "The New York Times" yazır. Bildirilir ki, polis silahlı şəxsin, yaxud şəxslərin axtarışına başlayıb. Polis nümayəndəsi, serjant Mark Frensis bəyan edib ki, adamları öldürən şəxs(lər) polis hadisə yerinə gələnə qədər gizlənməyə macal tapıb. Bütövlükdə insident nəticəsində neçə nəfərin silah işlətməsi isə məlum deyil.

"Qeyd edək ki, son vaxtlar ABŞ-ın bir sıra mərkəzi şəhərlərində silahlı cinayətlərin sayı artıb və dövlətin müvafiq instansiyaları bu kimi hadisələrin qarşısının alınması üçün daha kəskin mübarizə üsulunun axtarışına çıxıblar"-deyə "The New York Times" yazır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə