Kanadadakı səfirliyimizdə referenduma hazırlıq başa çatıb

Kanadadakı səfirliyimizdə referenduma hazırlıq başa çatıb

Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Kanadadakı səfirliyində hazırlıq işləri başa çatdırılıb. SİA-ya səfirlikdən verilən məlumata görə, səfirliydə 17 saylı Yasamal 3-cü seçki dairəsinin nəzdində 40 saylı seçki məntəqəsi yaradılıb.

Məntəqədə Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan tədbirlər başa çatdırılıb və zəruri hazırlıq işləri görülüb.

Kanadada yaşayan vətəndaşlarımızın səsvermə ilə bağlı məlumatlandırılması üçün səfirlik tərəfindən bildiriş göndərilib və telefonla ətraflı izahat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə