Ümumxalq səverməsinə hazırlığın təbliğat mərhələsi üzrə seçicilərlə görüşlərini mütəşəkkilliklə davam etdirən "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu Yasamal rayon şöbəsində keçirilən növbəti görüşün iştirakçıları ilk dəfə səsverəcək gənclər idi. SİA-nın xəbərinə görə, görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov vurğulayıb ki, Konstitusiya dəyişiklikləri ilə Azərbaycanın müasir inkişaf tarixi yazılır: "Konstitusiyamızda olunan dəyişikliklər zamanın tələbi olmaqla qanunlarımızın dinamik inkişafının bu günki tələbinə uyğun təkmilləşdirilməsidir. Yeniliklər, nəzərdə tutulan əlavələr Dövlət Proqramlarının daha çevik, səmərəli tətbiqinin elmi əsaslara uyğun təkmilləşdirilməsinə yönəldilir".
Tağı Əhmədov Konstitusiya islahatları barədə məlumat verərək gənclərin ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakını təmin edəcək yaş senzi ilə əlaqədar yeniliyi dövlətin gənclər siyasətinin davamı kimi dəyərləndirib.
Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin professoru Rasim Nəbiyev çıxışında dəyişiklikləri iqtisadi baxımdan izah edərək yeniliklərin əhəmiyyəti barədə danışıb, mülkiyyətlə bağlı nəzərdə tutulan sosial yönümlü əlavələri insan amilinə diqqət və qayğı nümunəsi adlandırıb.
YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov ilk dəfə səs verəcək gəncləri konstitusion hüquqlarından istifadə etməyə çağırıb. Konstitusiyaya olunan dəyişikliklərin əhəmiyyəti və mahiyyəti barədə danışan Seymur Orucov 2009-cu ildə keçirilən referendumdan sonra Azərbaycanın həyatında baş verən yeniliklərdən, qazanılan uğurlardan, ölkəmizin milli müdafiəsinin daha etibarlı təminatı üçün ordu quruculuğu sahəsində aparılan islahatlardan, gənclərin seçib, seçilməsi üçün nəzərdə tutulan yeniliklərdən, idarəetmə sisteminin təkmilləşdirilməsinə yönələn vitse-prezidentlik institutunun verəcəyi səmərədən ətraflı danışıb.
O bildirib ki, təbliğat kampaniyasına "Həmrəy olaq, "HƏ" deyək çağırış ilə bağlayan "Yeni Azərbaycan" təşviqat qrupunun hər bir üzvü ilə birlik nümayiş etdirən gənclər 26 sentyabrda seçki məntəqələrinə gəlməklə daha qüdrətli Azərbaycan naminə vətəndaşlıq mövqelərini Konstitusiyamıza olunan dəyişiklikləri dəstəkləməklə nümayiş etdirəcəklər.
Qax rayonu
Bu gün YAP Qax rayon təşkilatının qərargahında "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi ilə əlaqədar təbliğat və təşviqat kampaniyası çərçivəsində gənclərlə və ilk dəfə səs verənlərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov qeyd edib ki, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi, eyni zamanda 6 maddənin əlavə edilməsi nəzərdə tutulur: "Son illər ərzində Azərbaycanın həyatında gedən dəyişikliklər, inkişaf, iqtisadi islahatlar, dünya miqyasında Azərbaycanın tutduğu mövqe, həmçinin dünyada gedən siyasi, iqtisadi proseslər Konstitusiyamızda müəyyən dəyişikliklərin edilməsi zərurətini yaradıb. Nəzərdə tutulan dətişikliklər əsasən xalqımızın hüquq və azadlıqlarının qorunmasına, dövlət strukturlarının və idarəetmə mexanizminin təkmilləşməsinə, Silahlı qüvvələrin möhkəmlənməsinə və sair xidmət edəcək".
Təbliğat-təşviqat qrupunun üzvləri- Rayon Ağsaqqalar Şurasının sədri Nadir Aşurov, YAP Qax rayon təşkilatının sədr müavini Eldəniz Şabanov, Qax RMX-nın baş həkimi Tərlan Əhmədzadə, YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri Elbrus Tağıyev gənclər qarşısında çıxış edərək bildiriblər ki, Azərbaycanın bu günki inkişafı və gələcək fəaliyyət istiqamətləri ümumxalq səsverməsinə çıxarılan 29 maddədə 39 düzəliş və təklifləri labüd edib. Natiqlərin fikrincə, Azərbaycanın gələcəyi gənclərin əlindədir və belə olan halda, gənclər bu referendumda daha fəal olmalıdırlar.
Görüşdə çıxış edən gənclər ölkə başçısının yanında olduqlarını qeyd ediblər. Onlar dövlətimizin gənclərə göstərdiyi qayğını, etimadı rəhbər tutaraq sentyabrın 26-da seçki məntəqələlərinə gedərək Referendum Aktına "HƏ" deyəcəklərini bildiriblər.
Görüşün sonunda təbliğat-təşviqat qrupunun üzvləri gəncləri maraqlandıran suallara cavab veriblər.
Şabran rayonu
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Şabran rayon şöbəsi ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. 120 gəncin iştirak etdiyi görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov və Milli Məclisin deputatı Tahir Süleymanov çıxış ediblər.
Ölkə başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında gənclərlə məlumat verən YAP şabran rayon təşkilatının sədri Mehdi Balabəyov söyləyib ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən referendum Aktında gənclərin gələcəyi ilə bağlı müddəlar yer alıb: " Bütün bunlar Ölkəmizdə gənclələrə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu baxımdan bütün gəncləri sentyabrın 26-da səsvermədə aktiv olmağa dəvət edirəm".
Daha sonra çıxış edən millət vəkili Tahir Süleymanov söyləyib ki, referendum Aktında Milli Məclisə üzv olmaqla bağlı yaş həddinin aşağı salınması sevindirici haldır: "Bununla siz seçməklə yanaşı seçilmək hüququ qazanmış olursuz. Artıq ölkəmizin siyasi həyatında gənclərin sayı artacaq. Bütün bunlar işıqlı gələcəyimizə hesablanıb. Ümumiyyətlə, Konstitusiyaya islahatları dövlətimizin gələcək inkişafında mühüm əhəmiyyətə malikdir. Hər kəs Referendum Aktına "HƏ" deməyə çağırıram".
Görüşdə çıxış edən gənclər konstitusiya islahatlarını dəstəklədiklərini bildiriblər.
Tərtər rayonu
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Tərtər rayonunda ilk dəfə səsverəcək gənclərlə görüş keçirib. Görüşdə "Yeni Azərbaycan" təşviqat qrupunun Tərtər Rayon Şöbəsinin sədri Ramiz Şabanov, YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov və digərləri iştirak ediblər.
Görüşdə ilk çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun Tərtər Rayon Şöbəsinin sədri Ramiz Şabanov gənclərə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına olunacaq əlavə və dəyişikliklərin əks olunduğu Referendum Aktı hazırkı dünya siyasətində baş verən hadisələr fonunda ölkəmizin əmin-amanlığının və sabitliyinin daha da möhkəmlənməsinə Azərbaycanın bir dövlət kimi iqtisadi cəhətdən daha da qüdrətlənməsinə təkan verəcək: "Dəyişiklik aktında yaş senzinin aradan qaldırılması Azərbaycan dövlətinin öz gəncliyinə inamını ifadə edir. Bütün gəncləri sentyabrın 26-da səsvermə məntəqələrinə gələrək gələcəyimiz naminə səs verməyə çağırıram".
Daha sonra çıxış edən YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. O bildirib ki, Referendum Aktnda yer alan müddəlarda gəncləərə verilən önəm bu qayğının bariz nümaunəsidir: "Gənclər ölkə başçısının bütün təşəbbüslərini dəstəkləyir. Əminəm ki, gənclər bu dəfədə həmrəy olub, Referendum Aktına "HƏ" deyəcəklər".
Daha sonra çıxış edən gənclər konstitusiya islahatlarını dəstəklədiklərini bildiriblər.
Ağdaş rayonu
Bu gün 26 sentyabr 2016-cı il tarixə təyin olunmuş ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində "Yeni Azərbaycan" təşviqat qrupunun Ağdaş rayon şöbəsi rayonun Türyançay qəsəbəsinin Mədəniyyət evində ilk dəfə səs verən seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Şahmuradov ayın 26-da keçiriləcək Referendum və onu zəruri edən səbəblər haqqında gənc seçicilərə geniş məlumat verib.
Gənclərlə görüşdə millət vəkili, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Cavid Osmanov çıxış edərək ilk əvvəl 26 sentyabrda ilk dəfə səsvermədə iştirak etmələri münasibəti ilə gəncləri təbrik edib. Daha sonra Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər haqqında ətraflı məlumat verən millət vəkili bir çox maddələrə aydınlıq gətirib.
Görüşdə çıxış edən millət vəkili Sabir Hacıyev Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə əlaqədar öz fikirlərini gənc seçicilərlə bölüşərək onları 26 sentyabrda yekdilliklə ümumxalq səsverməsində yaxından iştirak etməyə dəvət edib.
Görüşdə gənclər adından çıxış edən Şəbuhə Hüseynova, Ayşən Xəlilova, Sübhan Hüseynov və Sevil Əhmədova qeyd etdilər ki, onlar Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə yaxından tanış olublar və ölkə prezidenti cənab İlham Əliyev tərəfindən olan bu təşəbbüsü yekdilliklə dəstəkləyirlər. Odur ki, onlar qeyd etdilər ki, artıq ağdaşlı gənclər 26 sentyabrda ümumxalq səsverməsində yekdilliklə iştirak edərək təklif olunan əlavə və dəyişikliklərə "hə" deməyə hazırdırlar.
Bərdə rayonu
Sentyabrın 20-də "Yeni Azərbaycan "Referendum üzrə Təşviqat qrupunun Bərdə rayon şöbəsi təbliğat-təşviqat kompaniyası çərçivəsində ilk dəfə səs verəcək seçicilərlə YAP Bərdə rayon Təşkilatının qərargahında görüş keçirilib.
İlk dəfə səs verəcək seçicilərlə keçirilən görüşdə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqov, Təşviqat qrupunun səlahiyətli nümayəndəsi, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, YAP Bərdə Rayon Təşkilatının sədri Fəqət Şadlinskaya iştirak ediblər.
"Yeni Azərbaycan "Referendum üzrə Təşviqat qrupunun Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskayə sentyabrın 26-da-ölkəmizdə keçiriləcək referendumda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zərurətdən meydana gəldiyini vurğulayıb. F.Şadlinskaya bildirib ki, bu gün Azərbaycan dövləti inkişaf edir, müasir dünyaya inteqrasiya olunur: "Eyni zamanda, insanların hüquq və azadlıqlarının daha geniş mənada qorunması üçün Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə ehtiyac duyulur və bu dəyişikliklər Azərbaycan dövlətinin inkişafına,müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edəcəyi labüddür. Prezident İlham Əliyev gənclərə daim diqqət və qayğı ilə yanaşır. Əminəm ki, rayonumuzun ilk dəfə səs verəcək gəncləri də ölkəmizdə gedən inkişafı, tərəqqini düzgün dəyərləndirəcək, referendumda aktivlik nümayiş etdirərək təklif olunan layihələrin lehinə səs verəcəklər.
Tədbirdə Milli Məclisin deputatı, "Yeni Azərbaycan " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili, "Azərbaycan" qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqov, "Yeni Azərbaycan " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyətini görüş iştirakçılarına izah edərək, yeniliklərin cəmiyyətimiz, dövlətimiz və xalqımız üçün əhəmiyyətini vurğulayıblar.
Görüşdə çıxış edən YAP Bərdə rayon Təşkilatı Gənclər Birliyinin sədri Fərid Fərzəliyev ümumxalq səs verməsində gənclərin yaxından iştirak edəcəklərini və bu dəyişikliklərə birmənalı olaraq "HƏ" deyəcəklərini bildirib.
Səbail rayonu
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Səbail rayon şöbəsi rayon təşkilatının qərargahında ilk dəfə səsverəcək gəncləri ilə görüş keçirib. Görüşü "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Şəmsəddin Hacıyev yığıncaq iştirakçılarını salamlayaraq, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən referendumu Aktı ilə bağlı məlumat verib. O bildirib ki, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər ölkəmizin ictimai siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edir: "Bu gün Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub, ölkədə post-sənaye, bilik cəmiyyəti, və biliklərə əsaslanan iqtisadiyyat formalaşır. Bir sözlə, Azərbaycanda yeni müasir cəmiyyət tipi formalaşır".
Səlahiyyətli nümayəndə onu da qeyd edib ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var. Çıxışının sonunda Ş.Hacıyev hər kəsi, o cümlədən gəncləri referendumda fəal iştirak etməyə, həmrəylik nümayiş etdirməyə və ümumxalq səsverməsi günün dəyişikliklərə "HƏ" deməyə çağırıb,
Görüşdə millət vəkili Fuad Muradov Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli Konstitusiyanın qəbulu ön plana çəkilib, hazırlanan layihənin cəmiyyətin ən müxtəlif təbəqələrinin iştirakı ilə ümumxalq müzakirəsi aparıldıqdan sonra 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası (Əsas Qanunu) qəbul edilib və 27 noyabr 1995-ci ildə qüvvəyə minib. O bildirib ki, ölkəmizdə gənclərlə göstərilən diqqət Referndum Aktında da öz əksini tapıb: "Milli Məclisə üzv seçilməklə bağlı yaş həddinin aşağı salınması Azərbaycanda gənclərlə verilən önəmin bariz nümunəsidir. Bu baxımdan gənclər bu dəyişiklikləri qiymətləndirərək, öz gələcək inkişafına səs verməlidir. Hər kəsi Referendum Aktına səs verməyə dəvət edirəm".
YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı geniş məlumat verib. Bildirib ki, referenduma çıxarılan məsələlər dövlətin və cəmiyyətin ən mühüm sahələrini əhatə edir. Buraya xüsusi mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, insanların fərdi və qrup şəklində hüquqlarının təmin edilməsinə, icra və qanunverici orqanlarının fəaliyyətinin daha səmərəli həyata keçirilməsinin təmin edilməsinə qədər geniş spektr müddəalar daxildir. Bu məsələlər xalqın mövqeyini öyrənmək, dəstəyini almaq üçün ümumxalq səsverməsinə – referenduma çıxarılır: "Bu da son nəticədə ümumi inkişafımıza, qanunlarımızın daha mükəmməl olmasına, insan haqlarının ardıcıl və mükəmməl müdafiəsinə yeni imkanlar açacaq. İnanırıq ki, müdrik Azərbaycan xalqı, eyni zamanda gələcəyimiz olan siz gənclər sentyabrın 26-da "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə" Referendum Aktı layihəsinə müsbət rəyinizi bildirəcəksiniz".
Görüşdə çıxış edən gənclər də təklif olunan əlavə və dəyişiklikləri dəstəklədiklərini qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB