Xalq ermənipərəst müxalifəti rədd edir TƏHLİL

26 sentyabrda bunun bir daha şahidi olacağıq
Xalq ermənipərəst müxalifəti rədd edir TƏHLİL

ABŞ Konqresində İnsan haqları komissiyasının erməni lobbisindən aldığı sifariş əsasında Azərbaycana qarşı qərəzli dinləmələri keçirilib. Lakin həmin dinləmələrlə yanaşı, həmin gün ABŞ Helsinki komissiyası da bəyanat yayaraq, 8 sentyabrda ermənipərəst konqresmen Kris Smitin Azərbaycan rəhbərliyinə ünvanladığı məktubun mətnini ictimaiyyətə açıqlayıb. Belə ki, sözügedən məktubu Smitlə yanaşı, konqresdə Ermənistan üzrə işçi qrupun həmsədri, Dağlıq Qarabağ separatçılarının əsas dəstəkləyicilərindən olan digər konqresmen - Adam Şif də imzalayıb. Məhz bu faktoru incələyərkən bir daha agah olur ki, əslində hər iki olayın arxasında bilavasitə Amerikanın erməni lobbisi dayanır. Lakin ermənilərin bu addımları Azərbaycan ictimaiyyətini heç də təəccübləndirmir. Çünki bu, faktiki olaraq düşmən tərəfindən atılan çoxsaylı addımlardan biridir.

Azərbaycan hüquqi-demokratik və dünyəvilik prinsiplərinə söykənən bir ölkə kimi demokratiya, prüalizm, tolerantlıq baxımından özlərini "demokratiyanın beşiyi" hesab edən başda ABŞ olmaqla bir sıra Qərb ölkələrini də üstələyir

Ancaq ölkə ictimaiyyətini hiddətləndirən başqa bir fakt istər-istəməz mövzu ətrafında digər analizlər aparmağı şərtləndirir. Məsələ ondadır ki, ölkəmiz və dövlətçilik maraqlarımız əleyhinə aparılan düşmənçilik kampaniyasında özlərini "müxalifətçi" adlandıraraq can-başla ermənilərə nökərçilik edənlərin bu kimi mənfur addımları aşkar şəkildə atılmaqdadır. Bu barədə digər yazımızda qeydlərimizi aparmışıq və bu səbəbdən sözügedən mövzuda başqa amillər ətrafında gedişlərimizi edəcəyik. Bəli, müxalifət hər bir ölkəyə lazımdır və yalnız sağlam müxalifətçiliyin inkişafı dövlətin inkişafına öz töhfələrini verə bilər.

Təbii ki, Azərbaycan da hüquqi-demokratik və dünyəvilik prinsiplərinə söykənən bir dövlət kimi beynəlxalq aləmdə öz sözünü deyir, hətta demokratiya, plüralizm, tolerantlıq baxımından, özlərini "demokratiyanın beşiyi" hesab edən başda ABŞ olmaqla bir sıra Qərb ölkələrini də üstələyir. Azərbaycanda polis insanlara atəş açıb onların həyatlarına son qoymur, Azərbaycanda nə irqi, nə də ki, məzhəb baxımından heç bir problem yoxdur, Azərbaycanda İslam dini də daxil olmaqla, digər dinlərin nümayəndələrinə qarşı qadağalar qoyulmur, Azərbaycanda müxalifətə öz sözünü demək üçün hərtərəfli şərait yaradılıb, onların media qurumlarından tutmuş başqa təbliğat vasitələri çox rahat şəkildə idarə olunur. Belə olan təqdirdə - ABŞ-da bəlli qərəzlərə söykənən dinləmələrin keçirilməsi əsnasında "ana müxalifəti" təmsil edən partiya sədrinin - Əli Kərimlinin oğlu Türkel Kərimlinin, Xədicə İsmayılın XƏYANƏTKARCASINA (!) işğalçı, separatçı ermənilərlə bir yerdə ölkəmizin maraqlarını satması heç bir çərçivəyə sığmır!

Bu, həmin konqresdir ki, Azərbaycana qarşı bədnam "907-ci düzəliş"i qəbul edib!

Dəhşətli məqam da budur ki, erməni lobbisinin pulunu siyasi korrupsiya vasitəsilə mənimsəyən ermənipərəst konqresmenlər həmin puldan "ana müxalifət" təmsilçilərinin qarşısına necə deyərlər, tulapayı da atırlar. "İnsan haqları", "demokratiya" bağırmaları üçün...

Bu gün Azərbaycanda "demokratik dəyərlər" axtarışına çıxan ermənipərəst konqresmenlər hazırda erməni pulu ilə dövlət maraqlarına qarşı qısqırdılan radikal müxalifətin himayədarlarına çevirliblər. Bu, həmin konqresdir ki, Azərbaycana qarşı bədnam "907-ci düzəliş"i qəbul edib. Həmin mənfur sənədin qəbulu məhz Əli Kərimlinin də təmsil olunduğu Elçibəy iqtidarı dövründə (1992) ABŞ-dakı erməni lobbisinin diktəsi ilə baş tutub!

Lakin gəlin görək, bu ölkənin maraqlarını, dəyərlərini qoruyan iqtidar daha hansı işlərə imza atır. Məsələnin də ilginc tərəfi budur ki, ölkə Prezidentimiz Bişkekdə işğalçı Serj Sərkisyanı yerində oturdur, "ana müxalifət" təmsilçiləri isə ABŞ konqresində ölkəmiz və dövlətimiz əleyhinə erməni-daşnaklarla, hnçaklarla, asalaçılarla eyni mövqedən çıxış edirlər. Bax, heç bir çərçivəyə sığmayan fakt da budur və həmin fakt özünü tam çılpaqlığı ilə ortaya qoymuş olur.

Hər halda düşündürücü bir hadisədir və belə olan təqdirdə çıxış yolu bir olaya qalır - bu cür satqın, dəyərsiz, xəyanətkar, mənfur müxalifət ünsürlərini rədd etmək! Bütün hallarda 26 sentyabr referendumunda bunu görəcəyik...

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə