Asim Mollazadə: “Aparıcı söz və qərarlar Rusiya ilə bağlıdır” AÇIQLAMA
"Ümumiyyətlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yeni baş katibin erməni olacağı ilə bağlı məlumatlarda təəccüblü heçnə yoxdur. Bildiyiniz kimi Ermənistan Rusiyanın və sözügedən təşkilata daxil olan digər ölkələrin hərbi müttəfiqidir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, KTMT-da da ermənistanla bağlı fikir birliyi yoxdur: "Burada söhbət Rusiyadan və s. gedir. Zənnimcə, Ermənistan bir müstəqil dövlət kimi hansısa qərarları qəbul etmək imkanına malik deyil. Ona görə də bu təşkilatda həmişə olduğu kimi aparıcı söz və qərarlar Rusiya ilə bağlıdır. Ümumiyyətlə Rusiyanın qərarları olmadan Ermənistan hansısa qərarlar qəbul etmək imkanına malik deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB