Beynəlxalq Paralimpiya Komitəsi (BPK) Belorus yığmasının nümayəndələrindən biri ilə bağlı araşdırmaya başlayıb. Belə o, keçid zamanı Rusiya bayrağını qaldırıb. SİA xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, bayraq əlindən alınana qədər kişi idmançı hətta Rusiya bayrağı ilə on metrlərlə yürüməyə də nail olub. Nəticədə BPK qanun pozan idmançını taparaq onu cəzalandırmaq qərarına gəlib.
Qeyd edək ki, Rusiya idmançıları Paralimpiya oyunlarında iştirak edə bilməyiblər. Belə ki, Rusiyanın Paralimpiya Komitəsinə qarşı idmançıların dopinq qəbul etmələri barədə iddia qaldırılıb. Məhz bundan sonra Belorus yğıması Paralimpiya Oyunlarının açılış mərasimində rusiyalı həmkarlarına onların dövlət bayraqlarını daşıyacaqlarına söz veriblər. Bundan daha öncədən məlumatlı olan BPK beloruslara xəbərdarlıq etmişdilər ki, əgər bu baş verərsə, bilavasitə siyasi jest kimi qəbul olunacaq.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB