BAXCP rəsmisi: "Əli Kərimlinin mitinqinə heç 500 nəfər də gəlməz" MÜNASİBƏT
"Əvvəlcə bu məqama aydınlıq gəlməlidir ki, qanunla seçki təbliğatı dövründə Mərkəzi Seçki Komissiyasında refendumla bağlı təşəbbüs qrupu yaratmayan bir qurum - Milli Şura referendumla bağlı təbliğat-təşviqat apara bilərmi? Mən bildiyim qədər qanun buna imkan vermir. Əgər bu qurum rəsmi olaraq prosesə qoşulmuş olsa idi, ondan onların mitinq keçirtmək hüququ var idi. Digər tərəfdən, hansı cəmiyyətin, xalqın dəstəyini nəzərdə tutmaq olar?". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, Milli Şura 40 000 imzanı toplamaq üçün, orta rəqəmlə götürsək, 800 nəfər lazımdır ki, hər biri 50 nəfərlik imza vərəqələrini doldursun: "800 nəfər adamı tapıb 40 000 imzanı toplaya bilməyən Milli Şura və Əli Kərimlinin mitinqinə kim dəstək verəcək? Heç kim! Özləri də çox yaxşı bilir ki, cəmiyyət tərəfindən geniş dəstək qazanmayacaq.
Müsavat partiyasına gəldikdə isə, MSK da rəsmi qeydiyyata alınmayıb. MSK verdiyi məlumata görə, imzaları saxta olub. Məhz bu səbəbdən də qeydiyyatdan keçməyiblər. Özləri də axşı bilirlər ki, MSK-da qeydiyyatdan keçməmiş bir qurumun refendumla bağlı təbliğat kampaniyası aparması qeyri-qanunidir və buna rəsmən də icazə verilmiyəcək. Buna görə də həm Əli Kərimli, həm də Müsavat partiyası hakimiyyəti beynəlxalq qurumların qarşısında "pis" vəziyyətə qoymaq istəyir. Məncə, Əli Kərimlinin "sentyabrın 11 də mintinq keçiririk" fikiri əsasən buna yönəlib. Son illər ərzində Əli Kərimli onlarla mitinq keçirib. Nə qədər dəstək qazanıb? Ən yaxşı halda-jurnalistlər, polislər və stadionun texniki işçiləri ilə bir yerdə 600-700 nəfər. Bu gün isə, onun mitinqinə heç 500 nəfər gəlməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB