"Həmrəy olaq, Hə deyək" FOTOLAR

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Nəsimi rayon şöbəsi böyük coşqu ilə təbliğat kampaniyasına başlayıb. SİA-nın aldığı məlumata görə, təbliğat kampaniyasına "Həmrəy olaq, HƏ deyək" devizi altında plakatların təbliğat lövhələrində asılması ilə start verilib.

"Yeni Azərbaycan" Referendum üzrə təşviqat qurupunun Nəsimi rayon şöbəsinin üzvləri və fəal gənclər kampaniyanın uğurla başa çatması üçün xüsusi fəallıq göstərirlər.

Qəbələ rayonu

YAP Qəbələ rayon təşkilatında təbliğat-təşviqat işlərinə start verilib. Bu gün səhər qanunla müəyyən olunan seçki lövhələrinə "Yeni Azərbaycan" referendum üzrə təşəbbüs qrupunun plakatları yapışdırılmışdır. Artıq Qəbələdə bütün məntəqələr seçkiyə hazırdır. Rayonun ərazisində cəmi 78 seçki məntəqəsi fəaliyyət göstərir ki, bu məntəqələrin 54- ü 116 saylı Qəbələ seçki dairəsinə aiddir ki, onlarda olan seçici sayı 43.484 nəfərdir, 24- ü isə Oğuz-Qəbələ dairə seçki komissiyasının ərazisini təmsil edir ki, bu dairə üzrə isə 20.299 nəfər seçici vardır.Bu dairələrin Qəbələyə aid olan seçicilərinin cəmi sayı 63783 nəfərdir.

Seçki təbliğatı bu gündən etibarən " Yeni Azərbaycan" referendum üzrə təşəbbüs qrupunun tərtib etdiyi iki mərhələdən ibarət qrafikə uyğun davam edir.

Şamaxı

Bu gün səhər saat 08-00 dan etibarən Yeni Azərbaycan təşviqat qrupunun Şamaxı şöbəsində qərargah üzvləri 63 seçki məntəqəsi üzrə təbliqat lövhələrində təşviqat materiallarını yerləşdiriblər.

Təşviqat materiallarının lövhələrdə yerləşdirmək üçün partiya fəalları təhkim olunublar.

Kürdəmir rayonu

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat qrupunun Kürdəmir rayon şöbəsi təşviqat tədbirlərinə başlayıb. Təşviqat Qrupunun üzvləri bu gün səhərdən başlayaraq seçki məntəqələrinin yaxınlığında, rayonda əvvəlcədən müəyyənləşdirilmiş xüsusi yerlərdə təşviqat plakatlarının vurulması kampaniyasına start veriblər. Qrupun fəalları müəyyən olunmuş yerlərdə təşviqat materiallarının yerləşdirilməsini təmin ediblər. Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Kürdəmir rayon şöbəsi böyük coşqu və böyük ruh yüksəkliyi ilə təbliğat-təşviqat kampaniyasına həyata keçirməkdədirlər. Təşviqata "Həmrəy olaq, Hə deyək" devizi altında plakatların təbliğat lövhələrində asılması ilə start verilib. "Yeni Azərbaycan" Referendum üzrə təşviqat qurupunun Kürdəmir rayon şöbəsinin üzvləri və fəal gənclər xüsusi fəallıq göstərirlər.

Qax rayonu

YAP Qax rayon təşkilatı 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək ümumxalq səsverməsi – referenduma hazırlıqla bağlı təbliğat-təşviqat kompaniyasına start verib. Səhər saatlarından "Yeni Azərbaycan" təşviqat qrupunun plakatları seçki məntəqələrinin ərazisində quraşdırılmış təbliğat-təşviqat lövhələrinə yapışdırıldı. Bu kompaniyada YAP Qax rayon təşkilatının gənc fəallardan ibarət qrupu aktiv şəkildə fəaliyyət göstərib. YAP Qax rayon təşkilatı fəaliyyət proqramına uyğun olaraq təbliğat kampaniyası dövründə seçki qərargahının təyin etdiyi təbliğat qrupları vasitəsilə seçicilər arasında təbliğat-təşviqat materiallarının paylanması nəzərdə tutulub və eyni zamanda əvvəlcədən tərtib olunmuş qrafikə əsasən müəyyən olunmuş açıq və qapalı yerlərdə seçicilərlə görüşlər planlaşdırılıb.

Balakən rayonu

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq 2016-ci ilin 26 sentyabrda keçiriləcək Referendumun təbliğat kompaniyasına "Yeni Azərbaycan" təşviqat qrupunun Balakən rayon şöbəsində də start verilib.

"Yeni Azərbaycan" təşviqat qrupunun Balakən rayonu uzrə fəalları toplaşaraq öz aralarında seçki məntəqələri üzrə bölgü aparıb və təşviqat qrupunun "Həmrəy olaq, Hə deyək" şüarı yazılmış plakatlarını təşviqat lövhələrinə yerləşdirməyə başlayıblar.

Referendumla bağlı görüşlərin cədvəlləri tərtib edilib, seçki məntəqəsi ətrafında yerləşən "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının qanununa müvafiq olaraq Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş açıq və qapalı yerlərdə görüşlərin keçirilməsinə hazırlıq işlərinə başlanıb.

Nizami rayonu

Sentyabrın 3-dən Prezident İlham Əliyevin təşəbbüsü ilə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat mərhələsinə start verilib. Bütün seçki proseslərində olduğu kimi, ümumxalq səsverməsində də xüsusi fəallığı ilə seçilən ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası növbəti referenduma da yüksək ab-hava ilə başlayıb. "Həmrəy olaq, Hə deyək!" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Nizami rayon şöbəsi də ümumxalq səsverməsi ilə əlaqədar operativ fəaliyyətə başlayıb. Qərargah üzvləri, partiya fəalları budəfəki kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səfərbər edilərək, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təlimatlandırılıblar.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Konstitusiyaya əlavə və dəyişikliklərin zamanın tələbi olduğunu diqqətə çatdıraraq, təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə keçirilməsinin əsas tələblərdən olduğunu söyləyib.

Vurğulayıb ki, prosesin hər bir mərhələsinin uğurla başa çatması, nəticələr haqqında tam təsəvvür yaratmağa imkan verir: "İnanırıq ki, seçicilərimizin hər biri 26 sentyabr ümumxalq səsverməsində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafını xidmət edən əlavə və dəyişikliklərə dəstək olacaq".

Sədaqət Vəliyeva qeyd edib ki, təşviqat materiallarının yapışdırılması prosesi uğurla başa çatıb, bundan əlavə olaraq ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları seçicilərə paylanılacaq. Partiya fəalları Konstitusiyaya olunacaq əlavə və dəyişikliklər barədə seçicilərə ətraflı məlumatlar verəcəklər.

Zaqatala rayonu

Bu gün "Yeni Azərbaycan" təşviqat qrupunun Zaqatala rayon şöbəsi sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat mərhələsinə start verib. "Həmrəy olaq, Hə deyək!" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Zaqatala rayon şöbəsi də ümumxalq səsverməsi ilə əlaqədar operativ fəaliyyətə başlayıb.

Suraxani rayonu

Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Suraxanl rayon şöbəsi sentayabın 26-da keçiriləcək Referenduma hazırlıqla bağlı təbliğat-təşviqat kampaniyasına start verib. SİA-nın əldə etdiyi məlumata görə, "Həmrəy olaq, HƏ deyək" devizi altında keçirilən plakatların təbliğat lövhələrində asılması prosesində partiaya üzvləri böyük fəallıqla iştirak ediblər. Rayon ərazisi üzrə Qaracuxur, Zığ, Hövsan, Əmircan qəsəbələrində plakatların təbliğat lövhələrində asılması prosesində 38 YAP üzvü iştirak edib.

Zərdab rayonu

Bu gün 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla əlaqədar Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat qrupunun Zərdab rayon şöbəsi təşviqat tədbirlərinə başlayıb. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq referendumun təbliğat-təşviqat kampaniyasına start verdi. Partiyanın rayon təşkilatının Gənclər birliyinin fəallarından təşkil olunmuş təşviqat qrupunun üzvləri rayonun 42 seçki məntəqəsinin ərazisində qurulmuş Təşviqat lövhələrinə "Həmrəy olaq, HƏ deyək" devizi altında plakatların asılması ilə start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə