Avropa İttifaqı ilə Türkiyə arasında viza rejiminin aradan qalırılması üzrə yenidən müzakirələr başlayır. SİA Welt nəşrinə istinadən xəbər verir ki, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) ekspertləri danışıqlar aparmaq üçün bu həftə Türkiyəyə səfər edəcəklər.
AK-nın daxili işlər, miqrasiya və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitrios Avramopulos bildirib ki, ekspert qrupu viza liberallaşırılması üzrə texniki danışıqlar məqsədilə Türkiyəyə gedəcək: "Biz Avropa İttifaqı ilə Türkiyə arasında razılaşmanın tamamilə və plana uyğun olaraq həyata keçməsi üçün hər şeyi edəcəyik. Bundan əlavə, biz viza liberallaşdırılmasının şərtlərini təmin etmək üçün zəruri islahatların sürətləndirilməsinə dəstək göstəririk. Aİ Türkiyə hökumət qurumları ilə əlaqə saxlayır. Viza məhdudiyyətlərinin aradan qaldırılmasında bütün şərtlərin yerinə yetirilməsi məsələsində Aİ-nin mövqeyi həmişə aydın olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB