KXDR ABŞ və Cənubi Koreyaya ULTİMATUM VERDİ

Nüvə silahı ilə vuracağıq
KXDR ABŞ və Cənubi Koreyaya ULTİMATUM VERDİ

Cənubi Koreya Respublikasının prezidenti Pak Kın Xe hesab edir ki Şimali Kopreta Xalq Demokratik Respublikası (KXDR) Cənuba münasibətdə təxribata hazırlaşır, o cümlədən, haker hücumları da bu təxribatlar daxilindədir. SİA xəbər verir ki, bu barədə "Renxap" agentliyi yazır. Bildirilir ki, Cənubi Koreya prezidenti bu fikirlərini milli təhlükəsizlik şurasının iclasında Amerika ilə birgə

"Ulchi Freedom Guardian" hərbi təlimləri ilə bağlı fikir mübadiləsi apararkən deyib. "Şimal rejimində çatlar əmələ gəldiyinə görə, orada narazılıqlar və iğtişaşlar baş qaldıra bilər. Bütün bunların qarşısını almaq üçün Pxenyanın Cənubi Koreya cəmiyyətində pozuculuq fəaliyyətinə əl atması gözlənilr, o cümlədən koberhücumları da buraya əlavə etmək olar"-deyə qeyd edən Pak Kın Xe bildirib ki, bütün bunlara hazır olmaq lazımdır.

"Ulchi Freedom Guardian" hərbi təlimləri sentyabrın əvvəllərinə qədər davam edəcək. Bu təlimlərdə ABŞ və Cənubi Koreyadan minlərlə hərbçi iştirak edir. Baxmayaraq ki, Seul və Vaşinqton adıçəkilən təlimlərin yalnız müdafiə xarakteri daşıdığını iddia edirlər, rəsmi Pxenyan bunu KXDR-ə hücum hazırlığı kimi qiymətləndirir.

Hazırkı məqamda Koreya yarımadasının cənubunda 28,5 min amrikalı əsgər dislokasiya olunub.

Xatırladaq ki, KXDR hərbi təlimlərdə Pxenyana münasibətdə aqressiya halını müşahidə edərsə, ABŞ və Cənubi Koreyanın hərbi birləşmələrinə qarşı nüvə silahı işlədəcəyi xəbərdarlığını verib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə