Akif Nağı: “Hesab edirəm ki, dördlük formatı uğurlu olar” AÇIQLAMA

Akif Nağı: “Hesab edirəm ki, dördlük formatı uğurlu olar” AÇIQLAMA

"Ümumiyyətlə, əgər Azərbaycan-Türkiyə-Rusiya-İran formatı baş tutarsa bu çox maraqlı olar. Bu məsələ Rusiya və İran prezidentlərinin Azərbaycana səfəri zamanı, eləcə də Türkiyə və Rusiya dövlət başçılarının görüşündən sonra ortaya çıxıb. Mən deyərdim ki, kifayət qədər maraqlı və prespektivli bir formatdır". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Sədrin sözlərinə görə, əgər bu dördlük doğurdan da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüs etsələr və Qarabağ məsələsini müzakirə etsələr, ciddi şəkildə mövqe ortaya qoysalar heç şübhə etmirəm ki, münaqişənin həllinə nail olmaq olar: "Burada Rusiya təbiidir. Çünki bu dövlətin Dağlıq Qarabağla bağlı həmişə dominat rolu olub. Hətta bunu ABŞ, Almaniya, Avropa da etiraf edir ki, münaqişənin həlli Rusiyadan asılıdır. Artıq rəsmi Moskva münaqişənin obyektiv həllinə maraqlıdır. Əgər Türkiyə və İran ciddi şəkildə məsələni Rusiyanın qarşısında qoysalar dördlük formatı öz həllini tapa bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə