"Türkiyədə baş vermiş məlum hadisələrdən əvvəl və sonra Azərbaycanda şübhəli qurumlar haqqında ölçülər götürülməyə başlanıldı. Bu proses ilk növbədə təhsil sistemində aparılsa da sonradan fərqli sahələri əhatə etdi". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, ölkənin dövlət strukturlarında təmsil olunan və bu gün gülənçilər adlanan qüvvələrdən təmzilənməsi prosesi Türkiyədə baş verən məlum hadisələrə qədər davam etməkdə idi: "Azərbaycanın siyasi hakimiyyətinin bu məsələdə səs-küy çıxartmadan davamlı çalışmaları öz nəticələrini verməsi göz qabağındadır. Nardaran hadisələri və Taleh Bağırzadə dəstəsinin ifşası bu qəbil çalımalardandır. Lakin daha bir qüvvənin Azərbaycanı özünə ram etmək istəyini unutmamalıyıq. Son zamanlar regionda baş vermiş hadisələrdən bəhrələnmək istəyən Rusiyanın Azərbaycanla Türkiyənin arasını vurmağa çalışacağını istisna etmirəm. Hesab edirəm ki, Azərbaycanın bütün siyasi spektri Türkiyədə olduğu kimi birlik nümayiş etdirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB