Sasna çrer”in 4 üzvü azadlığa buraxılacaq KİV

Sasna çrer”in 4 üzvü azadlığa buraxılacaq KİV

Yaxın günlərdə Ermənistandakı "Sasna çrer" silahlı qrupunun həbsdə olan dörd üzvü azad ediləcək. SİA xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, həmin şəxslər hüquq-mühafizə orqanlarına ifadələri zamanı hara gedəcəklərini və nə edəcəklərini bilmədiklərini və təsadüfən polis post patrul polkunun ərazisindən keçdiklərini deyiblər.

"Onların silahlı qrupun üzvlərinin fəaliyyəti və rolu barədə verdikləri ifadələri ilə hüquq-mühafizə orqanlarına kömək etmələri istisna deyil", nəşr əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə