Deputat: “Bunu Ermənistana bir mesaj kimi başa düşmək olar” AÇIQLAMA
"Aprelin əvvəlində təmas xəttində düşmənə verilən layiqli cavabdan sonra öz ədalətli həllini uzun müddətli tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq səylər artıb. Xüsusilə bu istiqamətdə Rusiyanın aktivliyi daha çox hiss olunur". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Rusiya dövlət başçısının Azərbaycana səfəri və regional layihələrdə birgə əməkdaşlıq istəklərinin ortaya qoyulması,Bakı səfərindən sonra Serj Sərkisyanla Moskvada görüşü, Rusiya müdafiə nazirinin Azərbaycana gəlişi və bir yerdə hərbi əməkdaşlıq etmək istəklərinin ortaya qoyulması və s. bütün bunlar onu göstərir ki, Azərbaycan Rusiya üçün dost ölkədir və iqtisadi partnyordur, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çalışır: "Həm də Ermənistanın işğalçılıq siyasətinə son qoyularsa Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına tam şərait yaranar. Münaqişənin uzun müddətli həll olunmaması erməni xalqını da səfalətə sürükləmiş, Ermənistan izolyasiya olunaraq bütün regional və beynəlxalq layihələrindən təcrid olunub. Ermənistanın düşdüyü iqtisadi çətinlik ölkənin müstəqil siyasət yürütməsini əlindən alıb".
A.Badamov əlavə edib ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli nəticəsində Azərbaycanla Ermənistan arsındakı bütün problemlər aradan qalxar və ermənilərin də yaxşı yaşaması üçün şərait yaranar: "Vladimir Putinin Səkisyanla birgə mətbuat kofransında jurnalistin Azərbaycanın silah alması ilə əlaqədar verdiyi sualına cavabında da qeyd etdiyi kimi Azərbaycan böyük maddi imkanlara malik inkişaf edən neft ölkəsidir deməsi də Ermənistana bir mesaj kimi başa düşmək olar. Rusiya yaxşı bilir ki, Qarabağ münaqişəsi həll olunarsa Azərbaycanla Rusiya bərabər hüquqlu tərəfdaş və ən yaxın qonşu olaraq qarşılıqlı maraq doğuran böyük birgə layihələr həyata keçirə bilər. Bu da həm Rusiyanın, həm də Azərbaycanın strateji maraqlarına uyğun gəlir. Düşünürəm ki, bundan sonra da Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın aktivliyi artacaq və yaxın zamanda müəyyən addımlar atılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB