Politoloq: “7 rayonun qaytarılması bütün beynəlxalq təşkilatların tələbidir” AÇIQLAMA

Politoloq: “7 rayonun qaytarılması bütün beynəlxalq təşkilatların tələbidir” AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin üçtərəfli görüşləri və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Moskva səfəri Avrasiya məkanında yeni düzəni formalaşdıra bilər. Əgər Rusiya və İran türk dövlətləri ilə hiyləsiz , dürüst siyasət və münasibətlər qurmaq niyyətlərini əməldə göstərə bilsələr bölgədə qarşısı alınmaz inkişafın perespektivləri görünür". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

"Çox istərdik ki, Rusiya və İran Azərbaycan və Türkiyə ilə ən yüksək səviyyədə dostluq və qardaşlıq əlaqələri qursunlar. Lakin son illərin təcrübəsi bir qədər tələsməməyi və bu dəfə də ehtiyatlı olmağı diqtə edir. Bəyanatda 5 rayonun qaytarılması deyilsə də əslində bu Azərbaycana edilən güzəşt kimi qələmə verilməyə çalışılır. Əvvəla Qarabağ ətrafındakı 5 rayonun deyil, 7 rayonun qeyri-şərtsiz qaytarılması bütün beynəlxalq təşkilatların tələbidir. Rusiya və İran tərəfi indiyə qədər bu tələbin yerinə yetirilməməsi istiqamətində Ermənistana ən yüksək səviyyədə dəstək vermiblər. 5 rayonun geri qaytarılması mesajları isə Azərbaycan dövlətinin aprel əməliyyatlarının nəticəsidir. Ona görə regionda sülhün təminatı və iqtisadi islahatların aparılması Rusiyanın atacağı addımlardan sonra həyata keçirilə bilər. Əks tədirdə indiyə qədər balanslaşdırılmış siyasət yürüdən Azərbaycan bu dəfə Rusiyada üzünü birdəfəlik döndərə bilər" - deyə, Vasif Əfəndiyev sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə