Ərdoğan: “Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş var”

Ərdoğan: “Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş var”

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını hər kəs qəbul edir. Əgər işğal faktını hamı bilirsə, onda buna niyə son qoyulmasın?". SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə deyib.

O bildirib ki, hazırda münaqişənin nizamlanmasında bəzi irəliləyişlər var: "Prezident Putin bu məsələnin üzərində işləyir. Əgər ilk növbədə Azərbaycanın 5 rayonu işğaldan azad edilərsə, problemin həllində bir normallaşma prosesi başlaya bilər".

Ərdoğan Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaradılmasına da toxunub: "Biz üçtərəfli mexanizm qurmaq istəyirik. Bu məsələyə Azərbaycan kimi Rusiya da müsbət yanaşır. Azərbaycan-İran-Rusiya ilk üçtərəfli mexanizmi quruldu. Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatının yaradılmasında məqsəd bölgədəki siyasi prosesləri yaxından izləməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə