Putin: "Rusiya münaqişənin kompromisli və məqbul həllini tapması üçün çalışacaq"
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin kompromisli və məqbul həllini tapması üçün çalışacaq". SİA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.
O münaqişənin hər iki ölkənin keçmişindən qalan problem olduğunu vurğulayıb: "Bu problemin Azərbaycan və Ermənistan üçün nə qədər acı olduğunu bilirəm. Biz bir məsələ üçün çalışacağıq. Çalışacağıq ki, hər iki ölkə kompromisli lakin hər ikisi üçün məqbul olan həll yolu tapsın. Burada qalib olmasın, qalib iki ölkənin xalqı olsun və onlar hiss etsin ki bu çətin məsələni bu günün və gələcək nəslin maraqları çərçivəsində həll ediblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB