Arzu Nağıyev: “Ermənistan hakimiyyətində bir çaxnaşma var” AÇIQLAMA

Arzu Nağıyev: “Ermənistan hakimiyyətində bir çaxnaşma var” AÇIQLAMA

Bir sıra xarici kütləvi informasi vasitələrinin ABŞ Konqresmeni Cim Kostaya istisnadən verdiyi məlumata görə, yaxın günlərdə Azərbaycan, Ermənistan, Rusiya, Fransa xarici işlər nazirlərinin, eləcə də ABŞ-ın Dövlət Katibinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşü keçiriləcək. Siayasi analtiklərin qənaətincə, görüşdə münaqişənin həlli ilə bağlı müəyyən razılaşmaların əldə olunması mümkündür. Politoloq Arzu Nağıyev də SİA-ya açıqlamasında belə görüşlərin keçirilməsinin problemin sülh yolu ilə həllinə yardımçı olduğunu bildirib: "Bir müddət əvvəl Ermənistanda süni yaradılan siyasi şou avqust ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədr ölkələrin xarici işlər nazirləri ilə keçiriləcək görüşü sual altında qoyurdu. Yəni belə bir formatda keçiriləcək görüş təbii ki, daha effetkli ola bilərdi. Yəni görüş belə bir formatda baş tutarsa, bunu ancaq müsbət hal kimi qiymətləndirmək lazımdır".

Politoloqun sözlərinə görə, ATƏT-in həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiya münaqişənin həllində maraqlı olmalıdır: "Regionda təhlükəsizliyin təmin edilməsi ilk növbədə münaqişənin həllindən asılıdır. Regionda təhlükəsizliyin təmini isə Rusiyanın iqtisadi sanksiyalardan az da olsa azad edilməsi, digər dövlətlərin isə bir sıra meqa layihələrdə iştirakı deməkdir. Məhz buna görə də hər bir dövlət bundan özü üçün nəticələr çıxarmalıdır, konkret məsələlər həll edilməlidir. Əks halda stsus-kvonun saxlanması, münaqişənin həllinin uzadılması istər siyasi,istər iqtisadi,istrsə də hərbi baxımdan tək bu dövlətlər deyil,ümüumi region üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər".

A.Nağıyev bildirib ki, Ermənistan ümumiyyətlə heç bir vaxt konstruktiv mövqe tutmayıb: "Bununla belə deməzdim ki, görüşlər tam nəticəsiz qalıb. Artiq Azərbaycan şərt irəli sürən və beynəlxalq normalara söykənən təkliflərin cavabını gözləyir. Bundan başqa ermənilər tərəfindən əvvəlki qədər atəşkəs pozulması qeydə alınmır. Nə qədər siyasi şoular qursalar da erməni tərəfində sanki bir qorxu, hakimiyyətdən narazılıq, Dağlıq Qarabağ separatşçıları arasında çaxmaşma var. Rusiya prezidentinin regiona səfəri və Serj Sarkisyanla səfərdən sonra görüşü də müvafiq təlimatlarla bağlı ola bilər. Ermənistan nə qədər qeyri-konustruktiv mövqe tutsa da münaqişənin həllində ciddi dəyişiklər etməlidir.əks halda bunu məcburi etdirmıək lazım olacaq".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə