Səfir: “Bu formatda görüş müntəzəm keçiriləcək”

Səfir: “Bu formatda görüş müntəzəm keçiriləcək”

Azərbaycan, İran və Rusiya üçtərəfi formatda görüşü gələcəkdə müntəzəm olaraq keçirilə bilər. SİA RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

"Hesab edirəm ki, bu görüş davamlı keçiriləcək. Prezidentlər səviyyəsində olmasa da, nazirlər səviyyəsində bu formatda müzakirələr müntəzəm olacaq".

Diplomat Bakı sammitinin çox vacib oluğunu da vurğulayıb: "Bu, üç ölkənin əməkdaşlığında çox əhəmiyyətliir. İndiyə kimi belə görüş keçirilməyib. Regional və digər dövlətlər bu görüşü böyük maraqla müşahidə edirlər".

Səfir tərəflərin qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən nəqliyyat, ticarət, energetika, turizm sahələrində əməkdaşlığın daha da genişləndiriləcəyini qeyd edib, "Şimal-Cənub" dəhlizinin tarixi layihə olduğunu bildirib.

Onun sözlərinə görə, bu dəhliz vasitəsilə məhsulları Azərbaycandan Rusiyaya daşımaq olar. Bu isə ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə