İran Bakı sammitində Ərdoğanı da görmək istəyərdi

İran Bakı sammitində Ərdoğanı da görmək istəyərdi

Tehran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Rusiya və İran liderlərinin ilk sammitində görmək istəyərdi. SİA RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib.

O bildirib ki, Tehran İran-Rusiya-Türkiyə formatında əməkdaşlıqda maraqlıdır: "Biz belə formatda əməkdaşlığa hazırıq. Regionumuzda Rusiya, İran və Türkiyə arasında qarşılıqlı olaraq yaxşı əməkdaşlığa ehtiyac var. Bizim əsas məqsədimiz regionda sülhü təmin etməkdir və bu istiqamətdə kömək göstərməyə hazırıq. Hesab edirik ki, region dövlətləri qərarlarını özləri qəbul etməlidirlər, regiondan kənar ölkələr deyil. Biz ərəb və qərb dövlətlərindən fərqli olaraq regional problemləri çox asan həll edə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə