Həsən Ruhani Azərbaycanda yaşayan iranlılarla görüşüb

Həsən Ruhani Azərbaycanda yaşayan iranlılarla görüşüb

Bakıda səfərdə olan prezident Həsən Ruhani Azərbaycanda yaşayan İran vətəndaşları ilə görüşüb. SİA İran mətbuatına istinadən xəbər verir ki, prezident Ruhani görüş zamanı Azərbaycanın digər qonşu ölkələrlə müqayisədə malik olduğu üstün cəhətlərə toxunub. O deyib ki, İran və Azərbaycan müştərək din, məzhəb və tarixə malikdir və bu, hər iki xalqın maraqlarının təmin edilməsi üçün dəyərli bir fürsətdir.

Həsən Ruhani İranın regiondakı roluna, sülh və inkişaf yolunda səylərinə toxunub: "Bu gün dünyanın heç bir ölkəsi regionda sülh və təhlükəsizliyin təmin edilməsində İranın təsirli və konstruktiv rola malik olduğuna şübhə ilə yanaşmır. İranın 11-ci hökuməti "uduş-uduş" siyasətini yalnız nüvə müzakirələrində deyil, digər ölkələr ilə əlaqələrində də yürüdür".

O, İranın geosiyasi mövqeyinə, şərq və qərb, şimal və cənub arasında bir körpü rolu oynamasına işarə edərək, deyib: "Qonşu və region ölkələri arasında əməkdaşlığın genişləndirilməsi yolu ilə ölkəmizin tarixi və turizm potensialından yaxşı şəkildə faydalanmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə