Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar formalaşdırılmış "Yeni Azərbaycan" təşəbbüs qrupunun Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçirilməsi üçün imzatoplama kampaniyası Gəncə şəhərində də uğurla həyata keçirilib.

YAP Gəncə şəhər Təşkilatında bu məqsədlə öncədən treninqlər keçirilib, partiya fəalları ilə geniş izahat işləri aparılıb, imzatoplama qaydaları haqqında ətraflı məlumat, tövsiyə və təlimatlar verilib.
Gəncə şəhərində fəaliyyət göstərən 4 dairə üzrə keçirilən imzatoplama kampaniyasında vətəndaşlar yüksək fəallıq nümayiş etdiriblər. Bütün referendum və seçkilərdə mütəşəkkillik və qətiyyət nümayiş etdirən gəncəlilər bu məsul kampaniyanı da uğurla başa çatdırmaq əzmindədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB