Bu yazı Yeni Müsavatın saytında dünən saat 16:32-də gedib Razi Nurullayev: “Arif Hacılı Müsavatı hamı ilə düşmən edib” AÇIQLAMA!
"Arif Hacılı, neçə ildir siyasətdəsiniz, hanı nəticəniz? Əli Kərimliyə sevgi izhar etməklə, onu tanımaqla iş bitmir, heç o vecinə də almadı. Dediniz ki, haqqın yanındasınız. Haqq Əli Kərimlidirsə, gedin onun müavini olun. Müsavatı nə günə salmısınız? Öldürüb diri-diri basdırmısınız. Siz indi intriqa, dedi-qodu, fəlakət və haqsızlıq dağarcığı paylayırsınız. Düşdüyünüz duruma təəssüf edirəm".
Bu fikirləri SİA-ya açıqlamasında alternativ AXCP-nin sədri Razi Nurullayev bildirib.
Arif Hacılı ilə Rauf Arifoğlu arasında baş verən insidentə münasibət bildirən R.Nurullayev qeyd edib ki, özünü bişmiş bir siyasətçi hesab edən Arif Hacılı Qaynar qazanda yanırsa, demək o çiy imiş: "Siz bişmiş siyasətçi olsaydınız, bir daha bişməyinizə ehtiyac duyulmazdı. Yeri gəlmişkən, Əvəz Zeynallı məsələsinə də fikir bildirim. Həqiqətdən danışsa da, həqiqəti görməyən adamdır. Tərəfkeşlik qanına hopub. Jurnalist fəaliyyəti də reketçiliyə daha yaxın olub. Bunu mənə deyən mənbəyə inanıram. Heç kim özünü aydan arı, sudan duru hesab etməsin. Çoxları arxalarınca kanalizasiya axıtdıqlarının fərqinə varsınlar. Müsavat partiyasının Azərbaycan siyasətində dostu yoxdur. Arif Hacılı onu hamı ilə düşmən edib. Sonuncu nöqtəni Rauf Arifoğluna çamur ataraq qoydu. Çox təəssüf edirəm və əminəm ki, Əli Kərimli ilə bərabər, həm də Arif Hacılı siyasətdən geri çəkilsə, udan xalq olar. Getməyə cəsarət etməsələr də, göndəriləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB