Rusiyaya məxsus təyyarələrin Suriyanın Hələb şəhərinin mərkəzindəki Ənsari səmtinə təşkil etdiyi hücumda 8 adam həyatını itirib, 25 nəfər yaralanıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, hücum nəticəsində bir binanın tamamilə dağıldığı və dağıntılar altında qalanlar olduğu bildirilib.
Rus təyyarələrinin Hələbin qərbindəki Etarib mahalına yönəlik hücumunda isə aralarında qadın və uşaqların olduğu 3 adamın öldüyü, 14 nəfərin yaralandığı qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB