Nəsimi Paşayev: “Gediş haqqının artırılması ilə bağlı məlumatlar əsassızdır” MÜNASİBƏT

Nəsimi Paşayev: “Gediş haqqının artırılması ilə bağlı məlumatlar əsassızdır” MÜNASİBƏT

"Bakı metrosunda gediş haqqının artırılması ilə bağlı məlumatlar tamamilə əsassızdır. Metronun "Koroğlu" stansiyasında gediş haqqının 30 qəpik olması və bundan dolayı sərnişinlərlə polis arasında hər hansı insidentin yaşanması yalandır".

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev SİA-ya açıqlamasında bildirib ki, gediş haqqının qaldırılması ilə bağlı qərar veriləcəksə, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, bu gün KİV-də yayılan məlumatlarda metronun "Koroğlu" stansiyasında sərnişinlərin kartından gediş üçün 30 qəpik silindiyinə dair informasiyalar yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə