Türkiyədə 46 əsgər həbs olunub

Türkiyədə 46 əsgər həbs olunub

Fətullahçı terror təşkilatının (FETÖ) Türkiyədəki dövlət çevrilişinə cəhdindən sonra Ankara Respublika Prokurorluğunun istintaqında 58 əsgərdən 46-sı barədə həbs qərarı çıxarılıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, onlardan 12-si məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.

Təhlükəsizlik qüvvələri tərəfindən Ankara ədliyyəsinə gətirilən və prokurorluq sorğusu tamamlanan leytenant, zabit və digərləri həbs olunmaq üzrə hakimlərə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə