Bu gün YAP Tərtər rayon təşkilatının qərargahında Konstitusiya dəyişiklikləri ilə əlaqədar ölkəmizdə bu ilin sentyabr ayının 26-da keçiriləcək Referendum Aktı ilə əlaqədar ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi məqsədi ilə yığıncaq keçirilmişdir.
Yığıncaqda çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir: "Müzakirəyə çıxarılan konstitusiyaya dəyişikliklərinə dair layihədə insan hüquq və azadlıqlarının qorunması, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, informasiya təhlükəsizliyi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ öz əksini tapmış, Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postlarının yaradılması, Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident və parlament seçkilərində yaş məhdudiyyətlərinin aradan qaldırılması və s. nəzərdə tutulur".
Ramiz Şabanov daha sonra Referendum Aktı üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verərək bildirdi ki, "Yeni Azərbaycan" təşviqat qrupu öz üzərinə düşənləri ləyaqətlə yerinə yetirəcəkdir.
YAP Tərtər rayon təşkilatının heyət üzvü Mətanət Hüseynzadə, YAP Tərtər rayon təşkilatının və rayon ağsaqqalar şurasının üzvü Litvin Məhərrəmov çıxış edərək əminliklə bildiriblər ki, seçicilərin böyük əksəriyyəti konstitusiyaya təklif olunan dəyişiklikləri dəstəkləyəcək və bu dəyişikliklərə səs verəcəklər.
Yığıncaqda 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla əlaqədar 52 nəfərdən ibarət Referendum üzrə təşəbbüs qrupu yaradılıb və təşəbbüs qruplarında təmsil olunmaq üçün 5 nəfərdən ibarət nümayəndələrin tərkibi müəyyənləşdirilib.
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB