"Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdən Azərbaycan tərəfinə qarşı son vaxtlar edilən təxribat, mən deyərdim ki, namərdcəsinə hərəkətlərin sayı genişlənməkdədir". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, düşmən daha çox mülki əhaliyə qarşı yönəlmiş bu addımlardan ona görə istifadə edir ki, günahsız insanların ölməsi, yaralanması və daha çox narazılıq yaratması faktından istifadə edə bilsin: "Məhz buna görə də, son vaxtlar müxtəlif istiqamətlərdə çaylarda suların səviyyəsinin artmasından istifadə edərək müxtəlif növ partlayıcı maddələr, o cümlədən top mərmiləri axıdırlar ki, bu da mülki əhali arasında böyük narahatçılıq yaradır. Bədnam qonşularımızın bu fitnə-fəsadları effekt verməsə də, onlar bu həyasızlıqlarından, kəmfürsətlikdən hələ də əl çəkmirlər.
Maraqlıdır ki, beynəlxalq qurumlar da onların bu hərəkətlərinə bir növ seyrçi mövqe sergiləyirlər. Azərbaycan tərəfi hər bir belə faktdan ən geniş şəkildə Erməni tərəfini ifşa etmək üçün istifadə etməlidir. Həmin faktlar geniş videogörüntülər vasitəsiylə dünya ictimaiyyətinə təqdim edilməlidir ki, qoy bir daha erməni nankorlarının naqis hərəkətləri haqqında hamının məlumatı olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB