Suriya prezidenti Bəşər Əsəd terrorçuluqla mübarizəsinə görə öz ölkəsinin vətənpərvəri kimi tarixə düşəcəyinə ümid edir. SİA xəbər verir ki, Əsədin müsahibəsindəki fikirlərini ABŞ-ın NBC telekanalı yayımlayıb. Belə ki, müsahibənin frqamentlərində göstərilir ki, Əsəd ölkəsinin suverenliyini və bütövlüyünü, xarici müdaxilələrdən qoruduğuna görə buna ümidini itirmir.
Suriya prezidenti jurnalistin ona "siz əli qana bulaşan qəddar diktator kimi də tarixə düşə bilərsiniz" ifadəsinə bu cür cavab verib: "Əgər həkim qanqrena olmuş əli kəsirsə, onu qəddar adlandırmaq olmaz, o pasientini xilas etməkdən ötrü öz işini görür. Əgər siz öz ölkənizi terrorçulardan müdafiə edir, onları məhv edirsinizə qəddar deyilsiniz, vətənpərvərsiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB