Lavrovun Azərbaycana səfərinin ŞƏRHİ

Lavrovun Azərbaycana səfərinin ŞƏRHİ

"Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müsbət bir addımdır". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bütün məsələlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Son zamanlar danışıqlar prosesi intensivləşib. Təbii ki, burada Rusiyanın da özəl maraqları var. Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolunu oynayan Rusiya həm nüfuz qazanmaq, həm də Qərbin təkidinin qarşısının alınması üçün daha böyük səy göstərməyə çalışır. Əgər qonşu dövlət münaqişənin həlli istiqamətində addım atsa, o zaman Qərbin ona qarşı sanksiyalarında yumşalma baş verə bilər. Təbii ki, Rusiya tərəfindən münaqişənin həlli ilə bağlı irəli sürülən variantlarda erməniləri razı salmayan məqamlar var ki, bu da onlar tərəfindən tənzimlənməlidir".

A. Nağıyev qeyd edib ki, Rusiya müharibənin olmamasına çalışır: "Münaqişənin həlli ilə bağlı ortada beynəlxalq qanunlarla tənzimlənən Madrid prinsipləri var ki, orada rayonların boşaldılması, status məsələsi və digərləri öz əksini tapıb. Rusiya müharibə variantını istəmədiyi üçün nəyin bahasına olursa-olsun problemin həllində irəliləyişə nail olmağa çalışır. Müharibənin olması Rusiyaya ona sərf etmir. Bundan başqa verilən anonslara görə Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri gözlənilir ki, bu səfər baş tutarsa, əsas prioritet məsələ yenə də münaqişənin həlli yolları olmalıdır. Rusiya XİN başçısının Azərbaycana səfərinin bir məqamı da məhz bununla bağlı ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə