Nazir: “Regionda problem az olsa, bu Rusiya və Azərbaycan üçün yaxşı olar”

Nazir: “Regionda problem az olsa, bu Rusiya və Azərbaycan üçün yaxşı olar”

"Azərbaycanda Türkiyə və Rusiya arasında münasibətlərdəki yaxınlaşmaya görə sevinirlər. Türkiyə və Rusiya arasındakı münasibətlərin normallaşması da Sergey Lavrovla danışıqlarda müzakirə mövzusu olub". SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazir deyib ki, biz bu addımı alqışlayırıq və bu hadisəyə görə şadıq.

Sergey Lavrov isə Azərbaycan-Rusiya münasibətlərinin hansısa xarici konyukturadan asılı olmadığını bəyan edib: "Regionda nə qədər az problem olarsa, Rusiya və Azərbaycan üçün bir o qədər yaxşı olar. Münasibətlərin normallaşması Rusiya və Türkiyənin müxtəlif yanaşmalarının olduğu Suriya məsələsində də anlaşılmazlığı azaltmağa kömək edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə