Deputat: "Ermənistanın NATO-dakı hiyləsi baş tutmadı" MÖVQE

Deputat: "Ermənistanın NATO-dakı hiyləsi baş tutmadı" MÖVQE

"Varşavada keçirilən NATO sammitində qəbul edilən yekun bəyannamədə Dağlıq Qarabağla müddəanın yer alması bir daha göstərdi ki, hərbi blok ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir".Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib

Onun sözlərinə görə, NATO bu addımı ilə eyni zamanda, istənilən keçmiş SSRİ ölkələrində ərzi bütövlüyü ilə bağlı təhlükənin qəbul edilməz olduğunu vurğuladı:"Təbii ki, burada söhbət yeni soyuq müharibənin yaradılmasından getmir. Sadəcə son zamanlar bir sıra bölgələrdə baş verən təhlükəli proseslər NATO-nu müəyyən qədər səfərbər etməklə yanaşı, həm terrorla mübarizədə, həm də Şərqi Avropa ölkələrinin ərazi bütövlüyü ilə bağlı təhlükələrin qarşısının alınması üçün müəyyən addımlara vadar edib. Bu proses təhlükəli prosesdir və zənnimcə həm terror, həm də münaqişələrin həllində olan problemlər özü-özlüyündə böyük bölgədə sabitliyi poza bilər. Bu baxımdan biz bütün proseslərin sülh, beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıyıq. Bu baxımdan NATO-da öz bəyannaməsində bu məsələni xüsusi vurğulayıb".

Millət vəkili Ermənistanın NATO sammitindəki növbəti hiyləsindən də söz açıb: "Rusiya ilə hərbi blokda olan Ermənistanın NATO-nun zirvə toplantısında iştirakı növbəti hiylədən başqa bir şey deyildir. Ermənistan bununla öz sahiblərinə mesaj göndərərək bildirmək istəyib ki, məni çox sıxmayın yoxsa, NATO tərəfinə qaçaram. Düşmən ölkə Rusiya, eləcə də NATO-ya öz siqnallarını verməklə həm maraqlarını, həm də bölgədə status-kvonu saxlamağa çalışır. Lakin Ermənistanın oyunları hər dəfə eyni ssenari ilə təkrar olunduğuna görə, heç kim onlara inanmır. Düşmən ölkənin iç üzü artıq hər kəsə bəllidir".

Bütün xəbərlər Facebook səhifəmizdə