Moskva və Bakı sentyabrın 29-da Azərbaycanda baş tutacaq V Beynəlxalq Himanitar Foruma hazırlaşır. SİA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur. Məlumatda bildirilir ki, forum hər iki ölkə liderinin himayəsi altında baş tutacaq.
Bundan başqa Rusiya XİN-i Sergey Lavrovun iyulun 11-12-də Azərbaycana səfər edəcəyini təsdiqləyib.
"Bakıda keçiriləcək görüşdə gündəlikdə duran aktual məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Vyanada və Sankt-Peterburqda keçirilən prezidentlərin görüşündə əldə olunana razılaşmalar və gələcək danışıqlar ətrafında fikir mübadiləsi aparılacaq"- deyə, XİN-in məlumatında yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB