Jirayr Səfilyan: “Məni Sarkisyanı tənqid etdiyimə görə həbs ediblər” DÖVLƏT ÇEVRİLİŞİ
Həbs olunmuş erməni müxalifətçisi Jirayr Səfilyanın vəkili Gevorq Davityanın bildirdiyinə görə, onun müvəkkili dövlət çevrilişinə qəsd ittihamı ilə İrəvan təcridxanasının müvəqqəti saxlanma kamerasına yerləşdirilib. SİA-nın erməni xəbər mənbələrinə istinadən verdiyi xəbərə görə, vəkil deyir ki, Səfilyanın özü ona qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edir və bildirir ki, hədəfə alınmasının əsas məqsədi Sarkisyan iqtidarını ifşa etməsidir: "Məni Sarkisyanı tənqid etdiyimə görə həbs ediblər"-deyə, Davityan müvəkkilinin sözlərini mediaya çatdırıb.
Qeyd edək ki, Səfilyanın adı daha çox dördgünlük müharibə kimi tarixə düşən Qarabağdakı hərbi əməliyyatlardan sonra hallanmağa başlayıb. Belə ki, o açıq şəkildə iddia irəli sürüb ki, aprel əməliyyatları zamanı təmas xəttinin təkcə şimal-şərq hissəsində ermənilər 7 milyon kv.metr ərazi itiriblər.
Xatırladaq ki, müxalifətçilik mövqeyi ilə seçilən Səfilyan Sisernakabert şossesində törətdiyi avtoqəza nəticəsində saxlanılıb və onun avtomobilinə baxış keçirilərkən oradan atıcı silahlar çıxıb. İki ədəd AK-74 və 120 ədəd patron müsadirə edilib, Səfilyan və yanındakı şəxslər həbs olunublar.
Hazırda isə istintaq hesab edir ki, Şuşanın xüsusi batalyonunun sabiq komandiri, Qarabağın işğalında fərqləndiyinə görə "I dərəcəli xaç" ordeni kavaleri adını alan, müxalifətuönlü "Parlament təsisatları" hərəkatının liderlərindən biri Jirayr Səfilyan əz yaxın ətrafı ilə birgə İrəvan teleqülləsini, eləcə də digər kommunikasiya binalarını, silah anbarlarını silahlı basqın nəticəsində ələ keçirib dövlət çevrilişi planlayıb. Eyni zamanda istintaq təsdiq edir ki, dəstə dövlət çevrilişini məhz aprel hərbi əməliyyatlarından dərhal sonra həyata keçirmək istəyiblər. 8 nəfərə qarşı eyni adlı ittiham irəli sürülüb. 6 nəfər həbs olunub, digərləri isə axtarışa veriliblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB