Günortayadək Ağdaş şəhərində və kəndlərdəki 8 seçki məntəqəsində olmuşam. Seçki məntəqələrində yaradılmış şərait qənaətbəxşdir. Seçicilər səsvermə prosesində həvəslə iştirak edirlər. Bu fikirləri müsahibəsində Ağdaşda keçirilən Milli Məclisə təkrar seçkiləri müşahidə edən Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda bildirib.
Sezar Florin Preda deyib: "Hər hansı qanun pozuntusu ilə rastlaşmamışam. Ümumilikdə Ağdaşda seçki prosesinə ciddi hazırlıq işlərinin görüldüyünü müşahidə edirəm. Seçkilər tam demokratik keçir və baş çəkdiyim məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB