Politoloq: “Qəbul olunan sənəd qanun deyil, qətnamədir” MÜNASİBƏT

Politoloq: “Qəbul olunan sənəd qanun deyil, qətnamədir” MÜNASİBƏT

"Alman parlamentarları nəhayət 3-cü dəfədən sözdə "erməni soyqırımı" qətnaməsini qəbul etdi. İlk təşəbbüs 2015–ci ilin aprel ayı ərəfəsində hakim koalisya üzvlərindən gəlsə də saxta "soyqırım "qətnaməsinin qəbulu Federal hökumət tərəfindən bəyənilmədi və qərarın qəbulu daha münasib zaman üçün təxirə salındı. 2016–cı ilin fevralında Yaşıllar Partiyası bu məsələni yenidən gündəmə gətisə də Merkel hökuməti bu dəfə də qərarın qəbul olunmasını uyğun görmədi". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, miqrantların Avropaya kütləvi axını şəraitində belə bir qanunun qəbulu Avropada vəziyyəti daha da kəskinləşdirə bilərdi: "Lakin 1 il əraində bu məsələnin ardıcıl olaraq iki dəfə gündəmə gətirilməsi sonunda belə bir qətnamənin qəbul edilə biləcəyini istisna etmirdi. Təbii ki, önləyici tədbirlər alınmalı idi. Bundestaqda təmsil olunan Türkiyənin dostları qrupu, türk və yəhudi əsilli deputatlarla, həmçinin fərdi qaydada nüfuzlu alman siyasətçiləri ilə görüşlər və izahat işləri apaılmalı idi.

Bu siyasi geriliyin nəticəsi onunla bitdi ki, dünən nəhayət Almaniya Bunsdestaqı daxilində milli birlik olmayan Türkiyəyə qarşı saxta "soyqırım" qətnaməsi qəbul etdi. Bunun bariz nümunəsi TBMM-ə yol taparaq mandat qazanan terrorçu örgüt PKK-nın siyasi qanadı olan HDP-nin bu saxta ittihamı dəstəkləməsidir. Türk tariximizin ən böyük xəyanəti isə Bunestaqda təmsil olunan 11 türkün bu saxta qətnaməni hazırlayaraq yekdillilkə türk milləti əleyhinə səs verməsi oldu. Hesab edirəm ki, Almaniya hökuməti qəbul etdiyi bu qətnamə əslində Ərdoğan hakimiyyətinə qarşı bir aksiyadır. İndiyə qədər 30–a yaxın ölkə və 41 ABŞ ştatı bu məzmunda qətnamələr qəbul etsələr də sənədin heç bir hüquqi və qanuni qüvvəsi yoxdur. Əvvəla qəbul olunan sənəd qanun deyil, qətnamədir. Qəbul olunan qətnamənin müddəti isə Bundestaqın növbəti seçkilərinə qədər yalnız siyasi-mənəvi qüvvəsi var. Almaniya Bundestaqının qəbul etdiyi qərar layihəsi qanun olmadığı üçün müvəqqəti xarakter daşıyır və növbəti paralament seçkilərinə qədər qüvvəsini itirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə