Azərbaycanda üç min manatdan yuxarı məbləğdə bağlanan borc müqaviləsi yazılı formada olacaq. SİA-nın xəbərinə görə, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilməsi təklif edilib.
Qüvvədə olan qanunvericiliyə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.
Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin yaz sessiyasının son iclasında "Məhkəmələr və hakimlər haqqında" qanun layihəsi müzakirə olunub.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB