"Ümumiyyətlə Nemət Pənahlı özünü Azərbaycan Xalq Hərəkatının (AXH) lideri hesab edir. Amma biz bilirik ki, Pənahlı AXH-nın lideri deyil". Bunu SİA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Nemət Pənahlının Əbülfəz Elçibəy haqqında dediyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Nemət Pənahlı Azərbaycanda kütləvi mitinqlərin müəyyən müddət ərzində aparıcısı olub: "Pənahlı AXH-nın lideri olsaydı, ilk növbədə Hərəkat onu hakimiyyətə gətirməli idi. 1960-cı illərdən etibarən Azərbaycan Xalq Hərəkatının (AXH) lideri Əbülfəz Elçibəy olub. Bir insan ölübsə onun üçün xeyir və şər yolu başa çatıb. Biz insanları niyə tənqid edirik? Təndiq edirik ki, o öz yolunu düzəltsin yəni səhvdirsə düz yola gəlsin. Buradan sual qaynaqlanır. Ay Nemət Pənahlı sən dünyasını dəyişmiş, Allah qarşısında cavab verməyə hazır olan bir insandan nə istəyirsən? Artıq Əbülfəz Elçibəyin həyat yolu başa çatıb. Tərəzinin bir gözünə Ə.Elçibəyi, bir gözünə özünü qoy. Sonra bax gör Azərbaycan xalqı, dövləti qarşısında Elçibəy kimdir və sən kimsən? Elçibəyin əlinin altında yüzlərlə, minlərlə Nemət Pənahlılar yetişib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB