Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ayın 27-də aat 11:00-da Qobustan şəhərində Gənclər Evində (Təzə məhəllə) bu bölgədən olan vətəndaşları qəbul edəcək. SİA-nın məlumatına görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Qobustan, Şamaxı, Ağsu, İsmayıllı rayonlarının sakinlərininyalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 26-sı saat 11:00-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB