Elşən Musayev: “Ermənistana dərhal sanksiya tətbiq olunmalıdır” MÜNASİBƏT

Elşən Musayev: “Ermənistana dərhal sanksiya tətbiq olunmalıdır” MÜNASİBƏT

"Ümumiyyətlə, beynəlxalq təşkilatlar Ermənistanın bütün əməllərinin destruktiv formatda dünyaya, ümumiyyətlə bəşəriyyətə qarşı təhlükə olduğu halda Dağlıq Qarabağla bağlı həlledici məqamlarda məsələyə əl qoymurlar". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, hətta bu yaxınlarda ATƏT sədri özü də Ermənistanın regionda yeganə radioaktiv təhlükə mənbəyi olduğunu söyləmişdi: "Əslində bu, Ermənistanın siyasəti deyil. Bütün bunların arxasında o dayanır ki, sabah beynəlxalq təşkilatlar özlərini təmizə çıxarsınlar. Bununla da özlərini haqqın, ədalətin tərəfində olduğunu göstərmək istəyirlər. Bu gün Ermənistanı yerində otuzdurmağın, öz layiq olduğu yeri göstərmək Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana faktiki dəstək verməkdən keçir. Ümumiyyətlə Ermənistan bütün dünya üçün təhlükədir. Amma bunu əmələ çevirmək lazımdır. Əgər işğalçı ölkə radioaktiv təhlükə mənbəyidirsə, ona dərhal sanksiya tətbiq olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə