Əli Əhmədov YAP-ın 700 mininci üzvünə vəsiqə təqdim edib YENİLƏNİB - SƏS TV
Bu gün Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, İcra katibi Əli Əhmədov hakim Partiyanın Qərargahında YAP-ın 700 mininci üzvü, Azərbayan Tibb Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Xatun Məmmədovaya partiya vəsiqəsini təqdim edib. SİA-nın məlumatına görə, YAP-ın Sədr müavini Əli Əhmədov bu günün əlamətdar olduğunu deyib: "Belə bir günün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə təsadüf etməsi çox xoş bir andır".
Əli Əhmədov bildirib ki, YAP Milli Məclisdə çoxluq təşkil edən partiyadır, bu da partiyanın uğurudur: "YAP-ın sıraları kifayət qədər genişdir. Hakim Partiya sürətlə öz sıralarını genişləndirir. Əlbəttə, bu, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və cənab Prezidentin həyata keçirdiyi siyasətə dəstəkdən xəbər verir. Gənclərin YAP-ın sıralarına üzv olmağını da təbii hesab edirəm. Ayrı-ayrı idarələrdə, qurumlarda xeyli sayda gənclər önə çəkilir".
Baş nazirin müavini əlavə edib ki, hər il partiyaya demək olar 25 min gənc üzv olur: "Bu, partiyanın daxilində gəncləşmənin sürətlənməsinin göstəricisidir. Prezident İlham Əliyev də kadr siyasətində gənclərə üstünlük verir. Gənclər partiyamızda əlverişli mühitin olduğunu dərk edirlər. Əminəm ki, gənclər YAP-a qəbulla bağlı verdiyi qərarlarda yanılmırlar".
Qeyd edək ki, tədbirdə YAP-ın İcra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, millət vəkilləri Eldar İbrahimov, Məlahət İbrahimqızı və mətbuat nümayəndələri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB